Qeydiyyat    Giriş
Sayta giriş
» » Müalicəvi giləmeyvə ÇAYTİKANI. 10 FAYDASI
Sağlam ailə

Müalicəvi giləmeyvə ÇAYTİKANI. 10 FAYDASI

Загрузка...


 


Çaytikanı əsl təbii dərmandır. Bu giləmeyvə çox zəngin kimyəvi tərkibə malikdir.

Onun tərkibində orqanik turşular, vitaminlər (C, B1, B2, PP, K, E), karotin, flavonoidlər (xüsusilə rutin), dəmir, bor, marqans kimi minerallar, büzücü maddələr, yağlı turşular, fitonsidlər və s. var.

Çaytikanı həm ənənəvi, həm də xalq təbabətində çox geniş istifadə olunur. Müxtəlif xəstəliklərin müalicəsində giləmeyvənin özü, onun yarpaqları, budaqları, çaytikanı ağacının qabığı çox geniş istifadə olunur. Giləmeyvədən çox giymətli müalicəvi məhsul sayılan çaytikanı yağı hazırlanır.

Sizə çaytikanının 10 faydalı xüsusiyyətini təqdim edirik:

1. Müxtəlif faydalı maddələrlə zəngin olan çaytikanı orqanizmi möhkəmləndirir, immun sistemini gücləndirir. Giləmeyvəni şirə, kompot, kisel, cem, mürəbbə şəklində qəbul etmək olar.

2. Çaytikanı damarları təmizləyir və möhkəmləndirir, aterosklerozun qarşısını alır. Yadınıza salaq ki, ateroskleroz insultun, ürək xəstəliklərinin, infarktın əsas səbəbidir.

3. Çaytikanı yağı güclü bakteriya əleyhinə təsirə malikdir, yaraları sağaldır, selikli qişaları bərpa edir. Çaytikanı yağı yanıqlar, yaralar, mədə xorası, uşaqlıq boynu eroziyası və s. zamanı çox geniş istifadə olunur və yaxşı müalicəvi effekt verir.

4. Çaytikanı şirəsinin balla qarışığı əla öskürək əleyhinə vasitədir, nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır.

5. Damaqların qanaması zamanı bu kimi faydalı dəmləmədən istifadə edin: 10 çaytikanı yarpağının üzərinə 1 stəkan qaynar su tökün, 20 dəqiqə ərzində dəmləyin və qarqara üçün istifadə edin. Bu vasitə həmçinin ağız boşluğu və boğaz iltihabı zamanı istifadə oluna bilər.

6. Mədə pozulması, ishal zamanı çaytikanı yarpaqlarının və budaqlarının dəmləməsi müalicəvi vasitə kimi istifadə olunur.

7. Çaytikanı kişilərdə potensiyanı yaxşılaşdırır.

8. Çaytikanı yarpaqlarının dəmləməsi revmatizm, podaqra xəstəliklərinin müalicəsində istifadə olunur.

9. Çaytikanı yarpaqlarının dəmləməsi şəkərli diabet zamanı faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləyir.

10. B qrupu vitaminlərlə zəngin olan çaytikanı sinir sistemi üçün çox faydalıdır.


Загрузка...
Loading...
Müəllif: narmin  12-06-2016, 12:00   Baxılıb: 1 382   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
loading...
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.