Qeydiyyat    Giriş
Sayta giriş
» » Düzgün nəfəs texnikası ilə həyat keyfiyyətini yaxşılaşdırın
Sağlam ailə

Düzgün nəfəs texnikası ilə həyat keyfiyyətini yaxşılaşdırın



Düzgün nəfəs texnikası ilə həyat keyfiyyətini yaxşılaşdırın

 

Yaşayırsansa, deməli, nəfəs alırsan!
 
Nəfəs - bizim şüurlu iştirakımız olmadan işləyən təbii mexanizmdir. Ona görə nəfəsi necə alıb-verdiyimizə çox vaxt fikir vermirik. Halbuki, sağlamlığımız məhz nəfəsi düzgün alıb-verməyimizdən çox asılıdır.
 
Həyatın ritmi daim tələsməyə, əsəb gərginliyi keçirməyə vadar edir. Bu cür həyat tərzi sağlam nəfəsin əsas düşmənidir. 
 
Qorxanda, həyəcanlananda, yaxud onurğa əyriliyi müşahidə olunduqda nəfəs almaq çətinləşir. İnsan qırıq-qırıq, yaxud da əksinə, tez-tez nəfəs alır. Bundan başqa, əgər tez-tez əsnəyirsinizsə, dişlərinizi möhkəm sıxırsınızsa, gecələr yatanda boynunuzda və çiyinlərinizdə ağrılar hiss edirsinizsə, xroniki yorğunluq varsa, bütün bunlar orqanizmdə oksigen azlığından xəbər verir. Amma narahat olmayın. Cəmi bir ay ərzində bəzi məqamları izləməklə düzgün nəfəs almağı öyrənmək olar. Unutmayın ki, nəfəs bədəni və ruhu bir-birinə bağlayır!
 
1. Heç bir halda yöndəmsiz durmayın!
Diafraqmanın köməyi ilə nəfəs almaq lazımdır. Bir əli sinəyə, digər əli isə qarnınıza qoyun. Düzgün nəfəs alırsınızsa, əliniz sinədə hərəkətsiz qalacaq, qarnınıza qoyduğunuz əliniz isə içəri doğru gedəcək. Bu da diafraqma və qabırğaarası əzələlərin yaxşı işlədiyini göstərir.
 
2. Burnunuzla nəfəs alın!
Həmişə burnunuzdan nəfəs almağa çalışın. Beləliklə də, siz həm yüngül nəfəs alacaq, həm də xəstəlik törədən bakteriyaların ağzınıza düşməsinə imkan verməyəcəksiniz. Yalnız idman zamanı ağızla nəfəs almaq lazımdır. Məsələn, qaçış zamanı.
 
3. Özünüzə həddindən artıq əziyyət verməyin
Çox dərindən nəfəs almaq lazım deyil, nəfəsin alınması prosesi rəvan və rahat olmalıdır. Çox dərindən nəfəs almaq başgicəllənmə hissi yarada bilər.
 
4. Fasilə verin
Nəfəs alıb verdikdən sonra bir az fasilə verin. Sağlam nəfəsin standart sxemi belə olmalıdır. Bu, çox sürətlə nəfəs alıb-verməməyə nəzarət edir.
 
5. Dayanma
Çox vaxt zehni yorğunluq zamanı özümüz də dərk etmədən nəfəsimizi saxlayırıq. Ona görə də gərgin iş rejimində özünüzə nəzarət edin. "Nəfəsini gizlətmək" təbii ritm vurmasına mane olmaq deməkdir.
 
6. Ucadan oxuyun
Sağlam tənəffüs məşqləri üçün ən yaxşı üsul ucadan oxumaqdır. Üstəlik, bu, insanda xoş əhval-ruhiyyə yaradır!
 
Sadaladığımız sadə prinsiplər bədəni canlandıracaq və zehninizi açacaq. Düzgün nəfəsalma texnikası yoqada da daim tətbiq olunur. Mütəmadi olaraq yoqa ilə məşğul olmaqla düzgün nəfəs texnikasına yiyələnə bilərsiniz.(publika.az)


Müəllif: Nermine Mahmudova  12-06-2016, 19:00   Baxılıb: 799   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.