Qeydiyyat    Giriş
Sayta giriş
» » Jenşenin inanılmaz sayda faydalı xüsusiyyətləri
Sağlam ailə

Jenşenin inanılmaz sayda faydalı xüsusiyyətləri

Загрузка...


Jenşenin inanılmaz sayda faydalı xüsusiyyətləri

 

Bu bitki qədim Çin təbabətində çox geniş istifadə olunurdu.

Qədimdə bu bitki "ölümdən başqa bütün xəstəliklərin dərmanı" sayılırdı və həqiqətən də çox yaxşı kömək edirdi. Jenşen cavanlığı qoruyan, insanın ömrünü uzadan vasitə sayılırdı. Jenşenin köməyi ilə bir çox xəstəlikləri müalicə edirdilər - impotensiya, yuxusuzluq, ürək xəstəlikləri, müxtəlif yaralar və xoralar və s.

Hal hazırda jenşenin faydalı xüsusiyyətləri ənənəvi tibdə təsdiq olunub. Bu bitki bir çox dərman preparatların tərkibinə daxil edilir.

Müalicə zamanı əsasən jenşenin kökündən istifadə olunur. Jenşen kökünün çox maraqlı forması var - kök insana bənzəyir.

- Jenşen ümumimöhkəmləndirici təsirə malikdir. Bu səbəbdən bitki immunteti möhkəmləndirən bir çox preparatların tərkibinə daxildir. Jenşen orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, sağalmanı tezləşdirir.

- Bitki insanın mərkəzi sinir sisteminə çox müsbət təsir edir - yaddaşı möhkəmləndirir, yuxusuzluqdan və depresiyalardan azad edir, stresi azalıdr, nevrasteniya zamanı kömək edir.
- Jenşen təbii tonuslaşdırıcı vasitədir - insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır.

- Jenşen ürək-damar sisteminə olduqca müsbət təsir edir, ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını almağa kömək edir - ürəyin əzələsini qoruyur, arterial təzyiqi tənzimləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
- Jenşen qanda şəkərin səviyyəsini aşağı salır.

- Kişilər üçün jenşen xüsusilə xeyirlidir. Jenşen cinsi zəifliyi aradan qaldırmağa kömək edir, cinsi funksiyanı və spermoqrammanın nəticələrini yaxşılaşdırır. Məhz bu səbəbdən jenşen kişi sonsuzluğu, spermatogenezin (spermanın "istehsalı") müxtəlif pozulmaları, impotensiya zamanı tez-tez istifadə olunur.

- Jenşen qadınlarda menstrual funksiyanın yaxşılaşmasına kömək edir.

- Jenşen mübadilə prosesləri yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən jenşen arıqlamaq üçün olan müxtəlif preparatların tərkibinə daxil edilir.

- Jenşen kökünün və yarpaqların dəmləməsi sağalmayan yaraların və xoraların müalicəsində istifadə olunur.

- Jenşen dərinin vəziyyətinə çox müsbət təsir edir - dəridə mübadilə prosesləri və qan dövranını yaxşılaşdırır, hüceyrələrin yenilənməsini sürətləndirir, dərini daha dartılmış və elastik edir.
Jenşen müalicəvi vasitədir. Bu səbəbdən tərkibində jenşen olan preparatları yalnız həkim təyin etməlidir.(saglamolun.az)

 



Загрузка...
Loading...
Müəllif: narmin  25-07-2016, 08:00   Baxılıb: 181   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
loading...
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.