Qeydiyyat    Giriş
Sayta giriş
» » Çox yatmaq zərərlidir
Sağlam ailə

Çox yatmaq zərərlidir

Загрузка...


Çox yatmaq zərərlidir

 

Yuxu bədənin zərurətlərindən olmasına baxmayaraq, ancaq əgər həddini aşarsa bəzi xəstəliklərin əlaməti ola bilər. Aparılan tədqiqatlar göstərir ki, o insanlar ki, gün ərzində çox yatırlar ola bilsin ki, ürək xəstəliyinə, diabetə və ya ani ölümə düçar olsunlar.

Hər bir insanın yuxu ölçüsü yaş ötdükcə dəyişir. Yaşlı insanlarda bioloji dəyişikliklər baş verər və insan daha çox yatmağa meyl edər.

Çox yatmaq da az yatmaq kimi zərərlidir. Həkimlərin nəzərinə görə ürək və beyin infarktı, diabet xəstəliyi ən çox həddən artıq yatan insanlarda müşahidə olunur.

Yetkinlik yaşına çatan insan gün ərzində orta hesabla 7 saat yatmalıdır. Yeni dünyaya gəlmiş körpə 2 ayına qədər gün ərzində 12-18 saat yatmalıdır. İki ayından on iki ayına qədər 14-15 saat yatmalıdır. 3 yaşına qədər 12-14 saat yatmalıdır. 3-5 yaşlı uşağın yuxu ölçüsü 10-11 saatdır. 10-17 yaşlı yeniyetmə 8-9 saat yatmalıdır. Cavanların yuxu ölçüsü 8-9 saatdır.

Tədqiqatlar göstərir ki, o insanlar ki, tez yorulur və kifayət qədər yatmaqlarına baxmayaraq səhər yuxudan güclə ayılırlar, ehtimal verilir ki, qaraciyər xəstəliklərindən əziyyət çəkirlər. Həmçinin stress, ictimai və iqtisadi gərginlik həddən artıq yatmağa təsir qoyan amillərdəndir. Ruh və cismə mənfi təsirlər qoyar. O kəslərin ki, maddi imkanı yaxşı deyildir və daha az tibb müəssisəsinə müraciət edə bilirlər, özlərini çox yataraq müalicə etməyə çalışarlar.

Bəzi insanların isə çox yatmağının əsl səbəbi dərin yuxuya gedə bilməməkləridir. Bu insanlar gecə və gündüz çox yata bilərlər, ancaq dərin yuxuya gedə bilmədiklərinə görə yorğun və süst olarlar.

Bəzi insanlar isə yuxu zamanı nəfəs gərginliyi keçirdiklərinə görə özlərini yorğun hiss edərlər. Yəni, yuxu zamanı nəfəsləri bir anlıq dayanar və sonra yenidən nəfəs alarlar.

Yataq otağının mühiti yuxuya çox təsir qoyar. Bəzi həkimlərin nəzərinə görə, yataq otağında televizor və ya kompyuter olmamalıdır. Yataq otağından sırf yatmaq üçün istifadə olunmalıldır.

Bəzən yuxu gün ərzində bir neçə dəfə insana hücum edər və insan saatın neçə olmağına baxmayaraq, yatmağa meyl edər. Həkimlərin nəzərinə görə yuxu hücumlarının əksər hissəsi irsidir. Bu insanlar kifayət qədər yatmaqlarına baxmayaraq, ayılandan bir saat sonra yenə də yatmağa meyl edər və özlərini yorğun hiss edərlər.

Həkimlərin nəzərinə görə əgər bədəndə hipokretin proteini az olarsa, yuxu hücumlarının sayı artar. Həmçinin sağlam olmayan qidalanmanın da yuxunun səviyyəsinə təsiri böyükdür.
deyerler.org

 



Loading...
Müəllif: narmin  11-06-2016, 18:00   Baxılıb: 434   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
loading...
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.