Qeydiyyat    Giriş
Sayta giriş
» » Öskürəyə qarşı güclü sirop
Sağlam ailə

Öskürəyə qarşı güclü sirop



Öskürəyə qarşı güclü sirop

 

Havanın soyuması ilə soyuqdəymə, qrip və öskürək problemləri özünü göstərməyə başlayıb.
 
Öskürəkdən təbii yollarla xilas olmaq üçün sirop reseptini təqdim edirik:
 
Ballı, zəncəfilli sirop
Ərzaqlar:
Zəncəfil
1 stəkan bal
2 dilim limon
Su
 
Hazırlanması:
Zəncəfili soyub hissələrə bölün. Limonların qabığını rəndələyin. Kiçik bir tavaya 1 stəkan su tökün. İçinə zəncəfili əlavə edin. 2 yemək qaşığı rəndələnmiş limon qabığını da tökün. Qarışıq qaynayana qədər bişirin. Sonra süzüb soyumağını gözləyin. Bir stəkan balı qazana qoyub isidin. Sonra qarışığı balla qarışdırın. 1-2 dəqiqə qarışdırandan sonra dəmlənməsini gözləyin.
 
Darçınlı çobanyastığı siropu
Ərzaqlar:
1 litr su
100 qram rəndələnmiş zəncəfil kökü
225 qram çobanyastığı
30 qram gülxətmi kökünün tozu
15 qram darçın
60 ml limon suyu
240 ml bal
 
Hazırlanması:
Orta ölçülü qazana sadalananları töküb yüksək odda qaynadın. Qaynamağa başlayanda odu azaldın. Suyun miqdarı yarıya enənə qədər qarışığı zəif odda saxlayın. Qarışığı süzgəcdən keçirin. Su soyuduqdan sonra  limon suyu və bal əlavə edib yaxşıca qarışdırın. Əldə edilmiş siropu hava keçirməyən şüşə bankaya tökün. Soyuduqdan sonra onu soyuducuda 2 ay saxlaya bilərsiniz. Öskürək əleyhinə hazırladığınız bu qarışıqdan uşaqlara gündə 1 çay qaşığı, böyüklərə isə 1 xörək qaşığı verin.
 
Məlum olduğu kimi, balın tərkibində öskürək sakitləşdirici təbii komponentlər var. Zəncəfil isə qıcıqlanmanı aradan qaldırır, həmçinin bəlğəmgətiricidir. Çobanyastığı isə boğaz əzələlərini boşaldır, beləliklə, boğaz ağrısını saktləşdirir. Gülxətmi kökünün tozu bütün bitkilər arasında ən güclü sinəyumşaldıcı, bəlğəmqovucu təsirə malikdir. Darçın isə siropa həm ləzzət qatır, həm də immuniteti gücləndirir.
 
Öskürəyə səbəb olan əsas xəstəliyin müalicəsi ilə yanaşı, xəstələr bol-bol maye qəbul etməli, evdə və iş yerində otağın havası tez-tez dəyişdirilməlidir. Üzərinə bir az zəncəfil və bir çay qaşığı bal əlavə olunmuş cökə, ada çayı, nanə-limon çayları da öskürək əleyhinə olduqca effektli təsir göstərir. Bal, xüsusilə də kiçik uşaqlarda tez-tez rast gəlinən tənəffüs yolları infeksiyası üçün çox faydalıdır.(publika.az)

 




loading...
Müəllif: narmin  24-01-2018, 09:08   Baxılıb: 909   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.