Qeydiyyat    Giriş
Sayta giriş
» » İmmun sistemini gücləndirən möcüzəli qarışıq - Qədim resept
Çàãðóçêà...
Sağlam ailə

İmmun sistemini gücləndirən möcüzəli qarışıq - Qədim resept



İmmun sistemini gücləndirən möcüzəli qarışıq - Qədim resept

 

İnsanın immun sistemi mükəmməl bir mexanizmdir.
İmmun sistemimiz bizi istənilən infeksiyadan, virusdan, mikrobdan, hətta xərçəngdən qoruya bilər. Hər gün insanın orqanizminə havadan, qidadan, sudan və s. müxtəlif mikroblar, viruslar və s. daxil olur və əksər hallarda bizim immun sistemimiz onları məhv edir və insan xəstələnmir. Hər gün insan orqanizmində xərçəng hüceyrələri əmələ gəlir və immun sistemimiz onları zərərsizləşdirir.
Lakin immun sistemin etibarlı fəaliyyəti üçün onu daim möhkəmləndirmək lazımdır. Bunun üçün müxtəlif vasitələr mövcuddur. Sizə immun sistemini gücləndirən qədim qarışığın reseptini təqdim edirik.

Lazım olan məhsullar:
- kişmiş - 1/2 stəkan
- ərik qurusu - 1/2 stəkan
- qara qavalı qurusu - 1/2 stəkan
- xurma - 1/2 stəkan
- qoz - 1/2 stəkan
- limon - 2 dənə
- bal - 150 qr

Quru meyvələri yaxşı yuyuruq. Xurmadan çəyirdəkləri çıxardırıq. Quru meyvələr, limonlar (qabıqlı), qoz  blenderdə əzilir, bal əlavə olunur və yaxşı qarışdırılır.
Qarışığı sərin qaranlıq yerdə 2 gün ərzində saxlayın. Daha sonra bu qarışığı gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdə 30 dəqiqə əvvəl qəbul edin. Uşaqlar gündə 3 dəfə 1 çay qaşığı qəbul edə bilərlər.(saglamolun.az)

 




loading...
Müəllif: narmin  11-01-2018, 16:05   Baxılıb: 1 862   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...