Qeydiyyat    Giriş
Sayta giriş
» » Bu adlar uşaqların əsəb sistemini sıradan çıxardır
Sağlam ailə / Xəbərlər

Bu adlar uşaqların əsəb sistemini sıradan çıxardır



 
 

Hər  bir insan dünyaya gələn kimi  ona ad qoyulur.  Aydan, Fidan , Murad , Səlim və s. Bəzən bu ad hələ körpə ana bətnindəykən fikirləşilir və ya dünyaya  gəldikdən sonra  tapılır. Bu sadə bir prosesdir.  Heç kim adsız qala bilməz . Elə buna görə də,  yeni doğulan körpəyə qohumları  ad verirlər.

 Azərbaycanda uşağa nənə-baba və dini  adların verilməsi uzun illərdən bəridir ki,  ənənəyə çevrilib. Bəs övlad həmin adla özünü necə hiss edəcək ?  Anlaşılmadığı isimlərin övlada verilməsi  nə dərəcədə düzgündür?

"Valideyn  fikirləşməlidir ki , övladıma verəcəyim adın mənası nədir və nənə-baba adının qoyulması onun gələcək həyatında necə bir problem yaratmayacaq”. Bunu  açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) psixologiya kafedrasının baş müəllimi Yəmən Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə yeni doğulan körpəyə nənə- babasının  adının verilməsi  ənənəyə çevrilmiş proses olsa da , burada düşünüləsi xeyli məqam var. Insanlar bununla valideynlerinin isimlərini yaşatdıqlarını düşünürlər: "Uzun müddətlik pedoqoji fəaliyyətimdə tələbələrin öz adlarından narahat olması halları ilə çox rastlaşmışam. Bəziləri nənə-baba adlarının yaratdığı çətinlikdən yaxa qurtarmaq üçün özlərinə başqa bir isim də seçirlər. Uşağın bəyənmədiyi , yaşıdlarının rişxənd etdiyi ad xüsusilə onların yeniyetməlik dövründə psixikasına mənfi təsir göstərir və əsəb sistemini sıradan cıxarır. Onlar həmin ismin uğursuzluğundan gələcək həyatlarında da (iş ,ailə ) davam edir.  Indi saytların əksəriyyətində adların mənası izah olunur. Oradan övladımıza verəcəyimiz adın mənasını öyrənmək çox sadə prosesdir”.Ancaq son 5 -6 ildə isə türk adlarının verilməsi dəb halını alıb. Aylin, Ayla ,Onur ,Nazlı . mənasının eşidilən anda başa düşüldüyü belə adların qoyulması isə qismən də olsa qəliblərdən qurtulmağıza işarədir.

loading...


loading...
Muəllif: narmin  10-12-2017, 11:04   Baxılıb: 748   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.