Qeydiyyat    Giriş
Sayta giriş
» » Hamilə qadınlarda bel ağrıları nədən yaranır?
loading...
Sağlam ailə / Hamiləlik

Hamilə qadınlarda bel ağrıları nədən yaranır?



Hamilə qadınlarda bel ağrıları nədən yaranır?

 

Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərkəzi dəyişir.

Bununla əlaqədar olaraq bel əzələlərinin yükü artır. Hormonlar orqanizmi doğuşa hazırladığı üçün bel fəqərələri və çanaq sümüklərində gərginlik baş verir. Bu səbəblərdən də qadınlarda bel ağrıları (lümbalgiya) olur.
Hamiləlik zamanı beldə ağrıları azaltmaq üçün geyilən ayaqqabıya diqqət etmək lazımdır. Həddindən çox hündür və ya dabansız ayaqqabı geymək fəqərələrin duruşuna təsir edib, sinirləri sıxdığı üçün beldə ağrıların əmələ gəlməsinə səbəb olur.
Bədəninizin gəzərkən aldığı vəziyyət, duruş tərzi, hər hansı qaldırılmış yükün ağırlığı hamilələrdə bel ağrılarının baş verməsinə səbəb ola bilir.
Hamilə qadın belində ağrıların baş verməməsi üçün aşağı əyildiyi zaman, yataqdan qalxdığında, yana əyildiyi zaman hərəkətlərinə diqqət yetirməlidir.
Hamiləlikdə bel ağrılarının olması patoloji hal sayılmır. Əgər ağrılar həddindən artıq və dözülməzdirsə təbii vasitələrlə onu aradan qaldırmağa çalışmaq lazımdır.

 

 


loading...


Muəllif: narmin  30-07-2016, 11:00   Baxılıb: 1 620   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.