Qeydiyyat    Giriş
Sayta giriş
» » Banan püresinin içinə alma sirkəsi əlavə edin və…Möhtəşəım saçlar!
Çàãðóçêà...
Sağlam ailə / Gözəllik

Banan püresinin içinə alma sirkəsi əlavə edin və…Möhtəşəım saçlar!



 

 

Banan püresinin içinə alma sirkəsi əlavə edin və…Möhtəşəım saçlar!

 SaqlamHeyat.az xarici mətbuata istinadən, xəbər verir ki, ictimai həyatınıza mənfi təsir edən saç kəpəklənməsi problemini təbii üsullarla həllini təqdim edirik.

 Qatıq: Saçı hissələrə ayırın və baş dərisi üzərində birbaşa qatıq tətbiq edin. 20 dəqiqə sonra yüngül bir şampun ilə saçlarınızı yuyun.

 Aspirin: Bir neçə aspirini əzin. Əzdiyiniz aspirini şampunun içinə qoyun. Saçınızı şampunlayın və 2-3 dəqiqə ərzində saçlarda gözlədin. Sonra ilıq su ilə yaxalayın.

 Alma sirkəsi: Bu ən yaxşı və ən təsirli kəpək dərman vasitələrindən biridir. Alma sirkəsi ilə suyu eyni miqdarda qarışdırın. Baş dərisi üzərində masaj edin. Massajı çox nəzakətli bir şəkildə edin baş dərisinə qətiyyən zərər verməyin. 10-15 dəqiqə qədər gözlədin və sonra ilıq su ilə saçınızı yuyun. Bu prosesi 1 həftə boyunca hər gün edin. Əgər baş dərisi üzərində yaranız varsa, o zaman tətbiq etməyin. Çünki yanma hiss edə bilərsiniz.

Qabartma tozu: Saçlarınızı yuyarkən normal şampun yerinə qabartma tozu istifadə edin. Saçınızı isladın və baş dərisi və saçın üzərinə bir çay qaşığı qədər qabartma tozu sürün. Bir dəqiqə gözləyin və sonra yaxşıca yaxalayın. 2 həftə ərzində bunu etməyə davam edin. Bu tətbiqi ilə baş dərisi təbii yağ istehsalına başlayacaqdır.

 Banan və alma sirkəsi: Bir qab içində yetişmiş bananı püre edin. İçinə 2 stəkan alma sirkəsi əlavə edin. Yaxşıca qarışdıraraq məcun halına gətirin. Baş dərisinin üzərində 10 dəqiqə masaj edərək tətbiq edin. 30 dəqiqə gözlətdikdən sonra saçınızı ilıq su ilə yuyun. Həftədə 1 dəfə tətbiq edin. Bu proses saçlarınıza gözəl bir görünüş verəcək və kəpəyi yox edəcəkdir.

 


loading...
Müəllif: narmin  4-06-2016, 16:23   Baxılıb: 4 325   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...