Qeydiyyat    Giriş
Sayta giriş
» » Həcmli saçlara qovuşduran avokado maskası
Sağlam ailə / Gözəllik

Həcmli saçlara qovuşduran avokado maskası



Həcmli saçlara qovuşduran avokado maskası

 

Saçlarınız sönük görünür? Onda mütləq avokadodan istifadə etməlisiniz. Çünki avokado saçlara inanılmaz dərəcədə həcm verir. Bu meyvə saçları həm də nəmlə təmin edir və qidalandırır.
 
Avokadonun tərkibindəki antioksidantlar, eləcə də A, E, D, B6 vitaminləri saçların tökülməsinin qarşısını alır.
 
Saçlarınızda möcüzələr yaradacaq avokado maskasını təqdim edirik:
 
Tərkibi:
1/2 yetişmiş avokado
1 ədəd yumurtanın sarısı
 
Hazırlanması və tətbiqi:
Yumurta sarısını çəngəllə çırpın. Avokadonu blenderdən keçirib püre halına gətirin. Daha sonra yumurta ilə avokadonu qarışdırın. Maskanı çəkməzdən öncə saçlarınızı isladın. Alınmış qarışığı saç diblərindən başlayaraq çəkin. 5 dəqiqə masaj edin. Saçlarınızı soyuq su ilə yuyun. İsti sudan istifadə etməyin.
 
Avokado qalıqlarını təmizləmək üçün daraqdan istifadə edin. Maska saçınızdan tamamilə təmizləndikdən sonra təbii vasitələrdən hazırlanmış keyfiyyətli şampunla saçınızı yuyun.
 
Saçınızı fenlə qurutmayın.
 
Saçlarınızın daim həcmli görünməsi üçün bu maskanı həftədə bir dəfə çəkin.(publika.az)
loading...


loading...
Muəllif: narmin  4-06-2016, 10:00   Baxılıb: 1 107   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.