Qeydiyyat    Giriş
Sayta giriş
» » Kimlər icbari tibbi sığortaya cəlb olunacaq?
Sağlam ailə

Kimlər icbari tibbi sığortaya cəlb olunacaq?



 
 
İcbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov jurnalistlər üçün bu gün keçirilən təlimdə cıxış edərkən deyib.

V.Qurbanov qeyd edib ki, icbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Agentliyin hüquq şöbəsinin müdiri Aysel İbayeva isə qeyd edib ki, agentliyin gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: "Buna görə də gələcəkdə tibb müəssisələrinə qarşı onların fəaliyyəti və bizim fəaliyyətin kəsişdiyi nöqtələr üzrə tələblər qoya bilərik. Biz bununla Səhiyyə Nazirliyinin işinə qarışmayacağıq. Biz sadəcə, bu məsələdə iştirakçı qismində olub bizə aid məsələləri həll edəcəyik".

Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.

Trend.az
loading...


loading...
Muəllif: narmin  26-05-2016, 17:00   Baxılıb: 1 440   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.