Qeydiyyat    Giriş
Sayta giriş
» » Xroniki yorğunluq - 10 SƏBƏB
Sağlam ailə

Xroniki yorğunluq - 10 SƏBƏB



Bəzən insanlar səbəbsiz yorğunluq, halsızlıq və yuxululuqdan şikayətlənir.

Belə vəziyyət daim təkrarlanırsa, bunun səbəbini mütləq araşdırmaq lazımdır ki, bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Səbəblər arasında:

1. Gecə yuxunun az olması

Həkimlərin müşahidələrinə görə, insan gecə orta hesabla 6-8 saat yatmalıdır. Daim az yatan insan özünü yorğun, halsız hiss edir. Nəzərinizə çatdıraq ki, həkimlərin fikirinə görə, daim 6 saatdan az yatan insanlarda xərçəng xəstəliklərin riski artmış olur.

Əgər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq nevropatoloqa müraciət edin və bu problemi həll etməyə çalışın.

2. Gecə apnoe sindromu

Bəzi insanlar gecə 8 və hətta bundan artıq saat yatır, lakin səhər özünü yorğun və yuxulu hiss edirlər. Bunun səbəbi gecə apnoe sindromu. Belə insanlarda gecə zamanı tez-tez nəfəsalma dayanır, insan özündən asılı olmayaraq 1-2 dəqiqəlik oyanır, lakin bunu hiss etmir və sonra yenə də yuxuya gedir. Bu gecə ərzində dəfələrlə təkrarlanır. Nəticədə insan normal yatmır və səhər özünü yorğun hiss edir.

Gecə apnoe sindromu çox təhlükəli haldır ki, hətta insanın yuxu zamanı ölümü ilə nəticələnə bilər.

3. Natamam qidalanma

Orqanizmin normal fəaliyyəti üçün ona müəyyən miqdarlarda qidalı (zülallar, karbohidratla, yağlar və s.) maddələr lazımdır. Bu maddələr orqanizmə lazım olandan az miqdarlarda daxil olunduqda, insan tez yorulur, özünü daim halsız hiss edir.

4. Anemiya

Anemiya zamanı insanın orqanizmi oksigenlə normal təchiz olunmur ki, bunun nəticəsində insan özünü daim halsız, yuxulu hiss edir.

5. Depressiya

Depessiya özünü həvəssizlik, yorğunluq, iştahanın azalması, baş ağrıları və s. kimi simptomlarla büruzə verir. Əgər depressiyanın simptomları 1 həftədən artıq keçmirsə, həkimə müraciət etmək lazımdır.

6. Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz)

Qalxanvari vəzi orqanizmdə gedən maddələr mübadiləsi proseslərini və bir çox digər prosesləri tənzimləyir. Hipotireoz zamanı bu proseslərin sürəti azalır ki, nəticədə insan özünü halsız, yorğun hiss edir.

Həmçinin hipotireoz zamanı insanın çəkisi "səbəbsiz olaraq" artır, insan daim üşüyür, onda yaddaşın, təfəkkürün pisləşməsini müşahidə olunur, saçlar tökülür, qadınlarda menstrual dövr pozulur və s.

Özünüzdə bu kimi simptomları müşahidə etdikdə dərhal endokrinoloqa müraciət edin.

7. Şəkərli diabet

Bu xəstəlik zamanı şəkər orqanizmin hüceyrələrinə düşə bilmir və qanda yığılır. Normal qidalanmaya baxmayaraq insanın orqanizmi daim aclıq hiss edir. Nəticədə insan özünü halsız, yorğun hiss edir.

8. Orqanizmin susuzlaşması

Susuzlaşma "səbəbsiz" halsızlığın, yorğunluğun əsas səbəblərindən biridir. Bəzən insan hiss etmir ki, susuzlaşır. Bu gün ərzində çoxlu miqdarda çay, qəhvə, cola, enerji içkiləri qəbul edən insanlarda tez-tez baş verir. Bu içkilərin tərkibində kofein maddəsi var ki, bu maddə orqanizmin susuzlaşmasına səbəb olur.

Əgər siz su istəyirsinizsə, bu o deməkdir ki, orqanizm artıq susuzlaşmadan əziyyət çəkir. Susuzlaşmanın inkişafını gözləməyin - suyu daha az-az (hər dəfə 1/2 stəkan), lakin daha tez-tez için.

Gün ərzində 2 l-dən az olmayaq təmiz su için (əgər sağlamlığınız buna yol verirsə - bəzi xəstəliklər zamanı suyun qəbulu əksinə azaldılmalıdır).

Həkimlər səhər oyanandan sonra, hər qida qəbulundan 10-20 dəqiqə əvvəl, fizki məşğələlərdən 20 dəqiqə əvvəl və həmçinin yatmazdan əvvəl mütləq su içməyi tövsiyə edir.

9. Ürək xəstəlikləri

Yorğunluğun digər yayılmış səbəbi ürək xəstəlikləridir. Əgər adi gündəlik işlərdən sonra  siz özünüzü həddən artıq yorğun və halsız hiss edirsinizsə, kardioloqun müayinəsindən keçin.

10. Onkoloji xəstəliklər

Onkoloji xəstəliklərin simptomlarından biri səbəbsiz yorğunluq və halsızlıqdır. Əgər siz özünüzdə həmçinin hərarətin səbəbsiz artması, bədənin hər hansı hissəsində daim ağrılar və s. kimi şübhəli simptomları müşahidə edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin.




loading...
Müəllif: narmin  2-01-2016, 22:00   Baxılıb: 1 634   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.