Qeydiyyat    Giriş
Sayta giriş
» » Çaytikanı yağı ilə babasilin müalicəsi
Sağlam ailə

Çaytikanı yağı ilə babasilin müalicəsi



 


Babasil həm kişilər, həm də qadınlarda çox yayılmış pozulmadır. Xalq təbabətində babasilin müalicəsi üçün çoxlu sayda müxtəlif vasitələr istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.

Bu vasitələrdən biri çaytikanı yağıdır.

Çaytikanı yağı güclü yarasağaldan, iltihabəleyhinə, antiseptik, yumşaldıcı təsirə malikdir. Çaytikanı yağı C vitamini ilə zəngindir ki, bu vitamin damarları möhkəmləndirir və anal qanaxmaların qarşısını alır. Həmçinin çaytikanı yağı babasil zamanı ağrıları və digər xoşagəlməz hissləri azaldır.

Çaytikanı yağı anal çatları zamanı da çox yaxşı müalicəvi təsir göstərir.

Xarici babasil zamanı çaytikanı yağında steril pambıq diski isladın və babasil düyünlərinin üzərinə qoyun. Bunu gündə 3-4 dəfə və yatmazdan əvvəl etmək lazımdır. Daxili babasil zamanı xüsusi çaytikanı yağı şamları istifadə olunur.

Xarici istifadədən əlavə çaytikanı yağının daxilə istifadəsi də yaxşı kömək edir. Səhər acqarına 1 çay  qaşığı çaytikanı yağı içilir.

Həmçinin çaytikanı yağının istifadəsi babasil zamanı inkişaf edən qəbizlikdən də azad olunmağa kömək edir.

Təbii ki, çaytikanı yağı babasilin yalnız ilkin mərhələlərində istifadə oluna bilər. Gecikmiş, fəsadlaşmış babasil əksər hallarda cərrahi üsullarla müalicə olunur.
loading...


loading...
Muəllif: narmin  17-05-2016, 16:00   Baxılıb: 3 161   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.