Qeydiyyat    Giriş
Sayta giriş
» » Yayda ayaqlarınıza bu cür qulluq edin – Xanımların diqqətinə
Sağlam ailə / Gözəllik

Yayda ayaqlarınıza bu cür qulluq edin – Xanımların diqqətinə



 

Qalın corabları, çəkmələri bir kənara atmısınız yəqin. Sandal və tərlikləriniz əvvəlki yerinə qayıtdı, bəs ayaqlarınız buna hazırdırmı?


Qışın qalın corabları, ayaqqabıları içində "gün üzü görməyən" ayaqlarımız üçün yay rahatlamaq deməkdir. Ancaq yayda sandal və tərliklərinizi problemsiz geyinmək üçün ayaqlarınızı qışın kirindən təmizləmək lazımdır.


Ayaqlarınızı nəm saxlamayın


Hər gün ayaqlarınızı ilıq suyla durulayıb, sabunlayıb, soyuq su ilə yumağı unutmayın. Ayaqlarınızı yuduqdan sonra barmaq araları da daxil bütün ayağınızı dəsmalla yaxşı qurulayın. Ayaqları nəm saxlamaq göbələk yaranmasına səbəb olar.


Ölü dəridən qurtulun


İlk görməli olduğunuz işlərdən biri də qışda toplanan ölü dəridən qurtulmaqdır. Bunun üçün iki yemək qaşığı zeytun yağı və ya hind qozu yağının içinə bir çay qaşığı qara şəkər tozu əlavə edib qarışdırın. Həftədə bir dəfə bununla ayaqlarınızı pilinq edin.


Ayaq vannasını unutmayın


Ayaqlarınızı yuyacağınız qabın yarısına qədər ilıq su tökün, içinə bir stəkan nanəli ağız yaxalama suyu, yarım stəkan alma sirkəsi əlavə edin. Ayaqlarınızı 10 dəqiqə bu suyun içində saxlayın, durulayın. Bu üsul göbələk, pis ayaq qoxusu ilə də mübarizə aparır


Pemza daşı istifadə edin


Quru və çatlamış topuqlar ən böyük düşmənimizdir. Buna görə pemza daşından mütləq istifadə edin. Hamamda ilıq suyun altında əvvəlcə pemza daşı ilə ayaqlarınıza yaxşıca masaj edin. Yuyandan sonra ayaqlarınızı qurudun və nəmləndirin. Nəmləndiricini barmaq arasına vurmayın.


Dırnaqlarınızı ağardın


Əgər dırnaqlarınız soğan qabığı kimi saralıbsa, bir soda və bir diş fırçası ilə dırnaqları ağarda bilərsiniz.


Pis qoxuları atın


İsti yay günlərində günün yorğunluğunu atmağın ən asan yolu gözəl bir ayaq vannasıdır. İlıq suya 10 damcı lavanda yağı tökün və ayaqlarınızı içinə qoyub dincəldin. Lavanda yağı ayaqlarınızı rahatladır, pis qoxulardan əsər-əlamət qalmayacaq.


Dırnaq baxımını unutmayın


Pedikür edərkən dırnaq ətlərini kəsməyin. Əvvəl ilıq suda ayaqlarınızı 10 dəqiqə saxlayın, daha sonra ətlərini portağal çubuğu yardımı ilə itələyin və ən son dırnaqlarınızın kənarlarına pilinq edin. Dırnaq ətlərini kəsməniz dırnaqlarınızın iltihablanmasına və mikroba yoluxmasına səbəb ola bilər.


Sonda dırnaqlarınızı istədiyiniz rəngdə lakla rəngləyin.


Lent.Az



loading...
Müəllif: narmin  16-05-2016, 21:00   Baxılıb: 1 688   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.