Qeydiyyat    Giriş
Sayta giriş
» » Gəncləşdirən limon-sarımsaq cövhəri
Sağlam ailə

Gəncləşdirən limon-sarımsaq cövhəri



 

Limon və sarımsağın hər ikisi faydalı qidalardır. Onların möcüzəli gücü birləşdikdə daha yaxşı effekt alınır.


Limon sarımsaq cövhəri necə hazırlanır?


2 litr limon suyunu 40 diş soyulmuş və əzilmiş sarımsaqla qarışdırıb ağzı möhkəm bağlanan tündrəngli və ya üzəri kağızla bağlanılmış bir qaba tökün. Lakin sarımsaqları yumaq olmaz. Cövhəri sarımsaqlar yaxşıca əriyənə qədər 25 gün ərzində ilıq yerdə saxlayın və hər gün çalxalayın. 25 gündən sonra bankanın qapağını açıb hər səhər nahardan yarım saat və 1 saat əvvəl acqarına yarım və ya 1 stəkan için.


Qabın qapağı həmişə möhkəm bağlı olmalıdır. Ona qətiyyən su, şəkər və başqa ərzaqlar tökmək olmaz. Lakin sarımsaq və limon həlimini içməkdə çətinlik çəkirsinizsə, içinə bir qədər su əlavə etmək olar. Mümkünsə, hər səhər eyni saatda için.


1. Limon və sarımsaq bütün damar iltihablarını müalicə edir, tıxanan damarları açır, damar sərtliyini və yüksək təzyiqin qarşısını alır.


2. Xolesterini aşağı salır, maddələr mübadiləsini sürətləndirib yağların yandırılmasını təmin edir,  qanda şəkərin miqdarını tənzimləyir.


3. Böyrək və öd daşlarını əridir, sidikqovucu təsir göstərir, ödəmi və şişi aradan qaldırır.


4. Zərərli xora mikrobunu öldürərək mədə və onikibarmaq bağırsağı xəstəliyini müalicə edir.


5. Bütün revmatizm iltihabını önləyib ağrıları sakitləşdirir, duz yığılmasının qarşısını alır. Həmçinin, oynaq ağrılarını kəsir.


6. Beyin hüceyrələri və bütün sinir sistemlərinin yenilənməsini təmin edir, zehni gücləndirir, iflic riskini minimuma endirir.


7. Bədənin immunitet sistemini son dərəcə qüvvətləndirir və hər cür allergiyanı, xüsusilə, stresslə bağlı yaranmış dəri allergiyalarını kökündən kəsir. Xərçəngə qarşı bütün bədəni qoruyur.


Qeyd: Limon və sarımsaq iştah açan qidalar olduğunu unutmayın və  gün ərzində həddindən artıq yemək yeməyin.


Publika.az



loading...
Müəllif: narmin  15-05-2016, 14:00   Baxılıb: 2 451   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.