Qeydiyyat    Giriş
Sayta giriş
» » Parlaq saçlar üçün təbii üsul
Sağlam ailə

Parlaq saçlar üçün təbii üsul



 

 


Saçlarınızın daha sağlam və parlaq görünməyini istəyirsinizsə, mineral sudan yararlanmalısınız.

Bu məsləhətlərə əməl edərək xəyalınızdakı saçlara qovuşa bilərsiniz.

Bildiyiniz kimi, Günəşin ultrabənövşəyi şüaları, çirkli hava, hovuz və dəniz suyu, saç boyaları saçı korlayır. Bir çox qadın saçının gec uzanmasından, qırılıb tökülməsindən və ən əsası – saçların sönük görünməsindən şikayət edir. Bütün bu problemlərdən mineral sudan istifadə edərək xilas olmaq mümkündür.

Mineral su saç köklərinin güclənməsini təmin edir. Saçların ən çox sodium, dəmir və maqneziuma ehtiyacı olur. Mineral suda bunların hamısı var.

Mineral su saç tellərini möhkəmləndirir, kəpəyi aradan qaldırır. Bunun üçün həftədə iki dəfə saçınızı mineral su ilə yumalısınız. Əvvəlcə saçınızı adi qaydada şampunla yuyub təmizləyin. Hamamdan çıxmazdan öncə mineral su ilə saçları təkrar yuyun.

Bir ay ərzində fərqi hiss edəcəksiniz.


loading...
Müəllif: Nermine Mahmudova  12-05-2016, 22:00   Baxılıb: 972   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.