Qeydiyyat    Giriş
Sayta giriş
» » UŞAQLIQ SALLANMASI
Sağlam ailə

UŞAQLIQ SALLANMASI



 

Uşaqlıq sallanması cinsiyyət orqanlarının bu orqanları qarın daxilində fiksasiya edən bağların xüsusiyyətlərini itirməsi səbəbi ilə aşağıya-vaginaya doğru yer dəyişdirmələridir.Əksər hallarda sadəcə uşaqlıq deyil,onun önündə və arxasında yerləşən sidik kisəsi və yoğun bağırsağın son hissəsi də uşaqlıqda birlikdə sallanır. Normada bu orqanlar onları fiksasiya edən bağların sayəsində ancaq məhdud şəkildə hərəkət edə bilirlər. Yaş artdıqca və xüsusilə  doğuşların sayı artdıqca bu bağlar xüsusiyyətlərini itirir və bu səbəbdən  genital (cinsi) orqanların vagina daxilinə sallanmasına səbəb ola bilirlər.Bəzən sallanma o dərəcədə bəlli olur ki, qadın vagina girişində uşaqlıq boynunu əli ilə hiss edə bilir.Hətta bəzi hallarda uşaqlıq vaginanın xaricinə də çıxa bilir.Sidik kisəsi sallanması vaginanın ön divarı ilə qonşu olan sidik kisəsinin vagina içərisində qabarmasına verilən addır. Bu vəziyyət də əsasən  öskürmə, asqırma, ağır əşya qaldırma kimi qarındaxili təzyiqi artıran hallarda qadının vagina daxilində qabaran sidik kisəsini əli ilə hiss etməsinə səbəb olur. Bu şikayətə hər dəfə olmamaq şərti ilə,əksər hallarda sidik saxlamazlıq da qoşulur.Sidik saxlamazlıq problemi ən yüngül formada yalnız öskürmə, asqırma və gücənmə hallarında ortaya çıxır. Sallanmanın şiddətinin artması ilə birlikdə gülmə, cinsi əlaqə, hətta ayaq üstdə durma kimi vəziyyətlərdə də sidik saxlamazlıq ortaya çıxır.Sidik kisəsi sallanmasının ağırlaşmış vəziyyətləri sidik kisəsi ilə uretra adlanan sidiyi kisədən xarici mühitə ötürən kanal arasında bucağın pozulmasına və beləliklə,sidik saxlamazlıq şikayətinin ortaya çıxmasına səbəb olur.Ən ağır və çox nadir hallarda görünən hallarda sidiyi saxlamaq heç mümkün olmur və sidik kisəsinə gələn sidik burada toplanmadan birbaşa xaricə boşalır.Yalnız uşaqlıq sallanması olduqda qadının xüsusilə ayaq üstdə durduğu,öskürdüyü,asqırdığı və gücəndiyi hallar ağrı və aşağı nahiyədə yad cisim  hissiyatının yaranmasına səbəb olur Rektum (yoğun bağırsağın son hissəsi) sallanması isə vaginanın arxa divarı ilə qonşu olan rektumun vaginaya doğru qabarmasıdır.Rektum sallanması çox hallarda xüsusi bir problem yaratmamaqla birlikdə,qəbizlik şikayətinin yaranmasına səbəb ola bilir. Genital (cinsiyyət ) orqanlarda sallanma problemi yaşayan qadınların digər şikayəti də çətin keçmiş doğuşlarda ortaya çıxan yırtıqların vaginada genişlənmə probleminə yol açmasıdır. Bu vəziyyət qadının həyat yoldaşı ilə cinsi həyatında problemlər yaşamasına,cütlüyün əvvəlki kimi cinsi həyatdan zövq almamasına səbəb ola bilər.Genital (cinsiyyət) orqanlarda sallanma xüsusilə çoxlu sayda və çətin doğuş keçirən qadınlarda görünür. Uzun müddət davam edən doğuşlar genital orqanları yerində saxlayan bağların uzanıb gərilməsi,bəzi yerlərdən cırılması və beləliklə,orqanları yerində saxlama funksiyalarının azalması ilə nəticələnir.Kesar kəsiyi üsulu  ilə doğuşu olan və heç doğuş keçirməyən qadınlarda isə sallanma çox nadir görünür.Genital (cinsiyyət)orqan sallanmaları nadir hallarda tək görünür.Uşaqlıq sallanması tez-tez sidik kisəsi sallanması və yoğun bağırsağın son hissəsinin sallanması və sidik saxlamazlıq şikayəti ilə bərabər görünür.

 

Diaqnoz necə qoyulur?

 

Cinsiyyət orqanları sallanmasının diaqnozu heç bir problemi olmayan bir qadında təsadüfən aşkarlana bildiyi kimi,tez-tez sidik saxlamazlıq  və ya «aşağı nahiyədə yad cisim hissiyatı» yaşayan bir qadının ginekoloji müayinəsi əsnasında sallanmanın asanlıqla görünməsi ilə qoyulur.

Müalicə metodları

Uşaqlıq sallanmasının müalicəsi qadının yaşına,xəstəliyin dərəcəsinə,qadının ümumi sağlamlıq vəziyyətinə və gələcəkdə uşaq dünyaya gətirməyi istəyib-istəməməsinə görə dəyişir.Gələcəkdə bu problemin inkişaf etməsinin qarşısı müntəzəm Kegel məşqləri adlanan  vagina ətrafındakı və aralıq əzələlərini möhkəmləndirmə məşqləri edilərək qismən də olsa alına bilər.Ailəsini tamamlayan bir qadında genital (cinsiyyət) orqan sallanması halında tətbiq olunan müalicə metodu əksər hallarda uşaqlığın vagina tərəfdən çıxarılması,vaginanın ön və arxa divarlarındakı artıq toxumaların çıxarılarak daraldılması şəklindədir.Vaginanın daraldılması əməliyyatı keçirən qadınlar hamilə olarsa normal doğuş yerinə kesar kəsiyi əməliyyatı etməlidirlər.Sidik saxlamazlıq şikayətinin müalicə edilməsi üçün bir qədər fərqli əməliyyat texnikaları istifadə oluna bilər.

Reproduktiv dövrdə olan və doğuş etməyi düşünən, ya da  ailəsini tamamlasa belə uşaqlığın çıxarılmasını  qəbul etməyən bir qadında isə uşaqlıq xaric edilmədən yalnız vaginanın ön və arxa divarlarındakı artıq toxuma götürülərək genişlənmənin bərpası,yəni vaginanın daraldılması həyata keçirilir.Beləliklə,doğuşdan sonra vagina genişlənməsi problemi olan qadınların şikayətləri azalacaq və cinsi həyatdakı problemlər əvvəlkinə nisbətən  azalacaq.Vaginanın daraldılması əməliyyatına  tibbdə vaginoplastika adı verilmişdir.Uşaqlıq sallanmasının bəlli olan formalarında qarın boşluğu açılaraq uşaqlığı yerində saxlayan bağlar tapılaraq bu bağların yuxarı çəkilməsi və beləliklə,uşaqlığın alınmaması mümkündür.

Edilən əməliyyatın növünə və həyata keçirən cərrahın texnikasına bağlı olaraq nadir də olsa təkrarlanma riski ortaya çıxa bilər. Bu problem xəstənin toxuma xüsusiyyətlərinə bağlı olan bir problemdir.Tekrarlanma olarsa,vaginal (altdan) və ya laparoskopik olaraq sallanan toxumaları dəstəkləyən torlarla (mesh ilə) bərpa aparıla bilər.

 

loading...


loading...
Muəllif: narmin  9-05-2016, 13:00   Baxılıb: 2 924   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.