Qeydiyyat    Giriş
Sayta giriş
» » Bu tanınmış bitki ağrıları azaldır. RESEPT
Sağlam ailə

Bu tanınmış bitki ağrıları azaldır. RESEPT



 


 Qədim zamanlardan yasəmən ağrıları azaldan bitki kimi tanınır. Qədimdə yasəməndən hazırlanmış cövhər və tinkturalar baş, bel, əzələ, oynaq ağrıları zamanı geniş istifadə olunurdu.

Həqiqətən də yasəmənin tərkibində olan bəzi maddələr ağrıları və iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.

Yasəmən tinkturası artrit, revmatizm, artroz, osteoxondroz, müxtəlif zədələnmələr zamanı  çox yaxşı kömək edir.

Daban şporu zamanı yasəməni müalicəvi vasitə kimi istifadə edin.

Miqrendən əziyyət çəkən insanlar da yasəməndən faydalana bilər.

Yasəməndən müalicəvi tinktura hazırlamaq üçün 100 qr yasəmən çiçəklərinin üzərinə 1 stəkan araq əlavə olunur və 10 gün ərzində sərin qaranlıq yerdə saxlanılır.

Daha sonra tinktura yaxşı süzülür və müxtəlif ağrılar zamanı effektli ağrısızlaşdıran vasitə kimi istifadə  olunur.

Tinkturada pambıq əski isladın və ağrıyan nahiyəyə qoyun. Belə kompresləri gündə 2-3 dəfə edin.

Baş ağrıları zamanı kompres alın nahiyəsinə qoyulur.
 

loading...


loading...
Muəllif: narmin  1-05-2016, 19:00   Baxılıb: 2 456   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.