Qeydiyyat    Giriş
Sayta giriş
» » Zəm-zəm suyunun inanılmaz xüsusiyyətləri
Sağlam ailə / Xəbərlər

Zəm-zəm suyunun inanılmaz xüsusiyyətləri



 

 

 

Yapon alimi Masaru Emoto zəmzəm suyunun xüsusiyyətlərini açıqlayıb. Zəmzəm suyunun azan oxunduğu zaman şəffaflaşdığını ifadə edən yapon alimi Masaru Emoto, zəmzəm suyunun fərqli olduğunu və bütün elementlərdən başda gəldiyini deyir. 

"Enerjisini itirən insan bir miqdar zəmzəm suyu içərsə, 35 dəqiqədən sonra rahatladığını hiss edir və dincəlir".

Zəmzəmin enerji bəxş edən xüsusiyyəti və şəfa qaynağı təsdiq olunub. Su hər şərtlərdə dəyişmir, amma dəyişdirir. "Mən çox qəribə təcrübə apardım. Bir damcı zəmzəm suyuna yüz damcı normal su qatdım. Nəticədə gördüm ki, suyun hamısı zəmzəm suyuna çevrilib. Sonra bir damcı zəmzəmə min damcı normal su qatdım. Hamısı zəmzəm suyuna çevrildi. Yəni, zəmzəm suyu böyük gücə sahibdir. Başqasını dəyişdirir. Özü isə dəyişmir”.

Yapon alimi Masaru Emoto isə, zəmzəm kristallarını mikrpskop üzərində təhlil edib. Suyun kristal nizamının dəyişən frekanslara görə fərləndiyini görən həkim, zəmzəm suyunun zəng səslərinin nəticəsində qaraldığını, Quranı Kərim və azan səsində isə paklaşdığını aydınlaşdırıb. Alim, araşdırmada hər bir kristalın Kəbəyə bənzəyən bir toxuma yaratdığını söyləyib. Suyun kimyəvi və fiziki xüsusiyyətlərinin yer üzündəki bütün sulardan fərqli olduğunu deyib. 

Hər il milyonlarla zəvvarın su təminatını ödəyən və heç vaxt tükənməyən, bir çoxlarının maraq dairəsinə çevrilən Zəmzəm çeşməsi dəfələrlə araşdırılıb. Avropa laboratoriyalarında aparılan araşdırmalara görə Zəmzəm suyu digər sulara nisbətən daha az kükürdə malikdir, daha çox minerallıdır, doyumludur, tərkibində mikrobları məhv edən flüor (F) var. Aclığını təmin etmək üçün içənin aclığını, susuzluğunu təmin etmək üçün içənin susuzluğunu aradan qaldırır. Məkkənin digər su qaynaqlarının sularına nisbətən tərkibində kalsium (Ca) və maqnezium (Mg) daha çoxdur. Bu da susuzluq və yorğunluğun aradan qaldırılmasına zəvvarlara olduqca müsbət təsir göstərir.

Dünya Sağlamlıq Təşkilatının (WHO) qənaətinə görə dünyadakı ən içməli və daha təmiz sulardan biridir. Amerikada aparılan araşdırmaların nəticələrinə görə dünya üzrə içində mikroorqanizm və bakteriya olmayan yeganə su məhz Zəmzəm suyudur. Tibbdə təsdiq olunub ki, Zəmzəm suyu heç vaxt beldən aşağı hərəkət etmir, yalnız tər vasitəsilə insanın vücudundan xaric olur.

Dərinliyi təqribən 1.5 m, eni isə 14 addım olan bu quyunun mənbəyi hələ də bilinmir. Yaxınlığında heç bir quyu yoxdur, dəniz isə 80 km uzaqlıqdadır. Başqa qəribəliyi də odur ki, digər quyulardan fərqli olaraq divarlarında mamır və bu qəbildən olan başqa bitkilər bitmir.

Bəzi mütəxəssislər suyun 3 ana xətdən gəldiyini təxmin edirlər. Amma tam olaraq qaynağın hara olması bilmirlər. 2000 m-dən yüksək olan Taif dağına hər gün yağış yağması ilə əlaqədar olaraq qaynağın birinin bura olması təxmin edilir.

loading...


loading...
Muəllif: narmin  30-04-2016, 18:30   Baxılıb: 2 200   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.