Qeydiyyat    Giriş
Sayta giriş
» » Çörək orqanizmə nə dərəcədə xeyirlidir? - Tibbi ARAŞDIRMA
Sağlam ailə

Çörək orqanizmə nə dərəcədə xeyirlidir? - Tibbi ARAŞDIRMA




Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrlərdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi, bəşəriyyəti çox mürəkkəb və çıxılmaz bir vəziyyətə salıb. 

Lakin yüksək sivilizasiyalı ölkələrdə çörəyi geri qalmış ölkələrə nisbətən 5-10 qat az yeyirlər. Sən demə, çörək biz düşündüyümüz kimi dəyərli qida deyilmiş. Taxıl məhsulunun ən böyük qüsuru ondan ibarətdir ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Yəni, dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox azdır, dəyişilənlər isə həddən ziyadə çoxdur. Lakin dəyişilənlər həyatımızda heç bir rol oynamır. Çünki hər hansı bir komponent çatmayanda, sağlam qan (və sağlam hüceyrə) yaranmır. Dənli bitkilərdən hazırlanmış qidanın bəlası ondadır ki, zülal tarazlığının pozulması və qeyri-mütənasibliyi sayəsində,orqanizm daha çox zülal xörəyi tələb edir. Bu xörəyi həzm etmək və qana çevirmək üçün çoxlu vitamin tələb olunur. Beləliklə də, adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul edir. Acgözlük, qarınqululuq xəstəliyi, heyvandarlıq məhsullarına və spirtli içkilərə güclü meyl belə yaranır. Köklük xəstəliyi də bununla bağlıdır. İnsan bədəni möhkəmliyini itirir və qocalıq kök adamın başının üstünü tez alır. Həzmetmə orqanları xəstə olan, yaxud bədənində həzmetmə fermentləri çatışmayan şəxs öz menyusundan bişmiş çovdarı, buğdanı, arpanı, vələmiri çıxarmalı, onları bu dənlərin dəmləməsini, tərəvəzin özü və şirələri, qatıq məhsulları ilə əvəz etməlidir. Düyünü, qarğıdalını, kartofu, soyanı tərəvəz salatları və şirələri ilə birlikdə qəbul etmək çörək yeməkdən faydalıdır. Çörəyi cod (kobud üyüdülmüş) dəndən bişirmək məsləhətdir.Çünki bizim gemoqlabinimiz üçün çox lazım olan dəmir dənin qabığında cəmləşib. Çörəyi çox yemək bəşəriyyətin ən böyük bəlalarından biri sayılır. Bu xəstəlik bizim respublikanın vətəndaşları üçün daha çox təhlükə doğurur. Biz çörəyi həddən artıq çox yeyirik. Anlamaq lazımdır ki, tərkibində heç bir vitamin və faydalı mikroelement qalmayan çörək, üstəlik, özündə duzu, sodanı, mayanı və digər zərərli əlavələri cəmləşdirir. Həm də çörəyi elə qidalarla bərabər yeyirik ki,onların birlikdə yeyilməsi orqanizm üçün çox ziyandır. Çörək bir çox xəstəliklərin törəməsi üçün mənbə sayılır. Çörəyin həddən çox ayrıca qəbul edilməsi isə orqanizmə dəhşətli zərbə vurur. Lakin çörəyi digər qidalarla, xüsusilə zülalla zəngin olan heyvandarlıq məhsulları ilə birlikdə yemək daha böyük fəsadlar törədir. Çörəksiz yaşamağı heç cür ağlına gətirə bilməyən şəxslərə məsləhət olunur ki, heç olmazsa, aşağıdakı qaydalara əməl etsinlər:

a) çörəyi az yemək;

b) çörəyi bol-bol tərəvəzlər və göy-göyərti ilə birlikdə yemək;

c) çörəyi digər zülallarla (ələlxüsus, heyvandarlıq məhsuldarı ilə) qarışdırmamaq;

q) çörəyi meyvələrlə qarışdırmamaq.



Müəllif: Nermine Mahmudova  30-12-2015, 19:00   Baxılıb: 684   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.