Qeydiyyat    Giriş
Sayta giriş
» » Baş həkimlərə xəbərdarlıq edildi....
Sağlam ailə / Xəbərlər

Baş həkimlərə xəbərdarlıq edildi....



 

Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə müəssisələrinin baş həkimlərinə xəbərdarlıqla müraciət edib

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar nazirlikdə keçirilən kollegiya iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, istər Bakı şəhərində, istərsə də regionlarda bütün baş həkimlər Elektron Səhiyyə Xidmətinin SN-nin idarəsi olduğunu başa düşməlidirlər: "Onlar bilməlidirlər ki, Elektron Səhiyyə Xidmətinin işçiləri Səhiyyə Nazirliyinin nümayəndələridir və onların müraciətlərinə operativ cavab verilməlidir. Hamı başa düşməlidir ki, əgər xəstə Elektron Səhiyyə Xidmətinə qədər gəlirsə, deməli, yerlərdə onun problemi öz həllini tapmayıb”.

O.Şirəliyev deyib ki, bu baxımdan belə bir mərkəzin yaradılması problemlərin üzə çıxarılması və aradan qaldırılması baxımından çox önəmlidir.

Nazir Elektron Səhiyyə Xidmətinin gələcəkdə daha da inkişaf edəcəyini söyləyib.

O.Şirəliyev qeyd edib ki, SN-də Elektron Xidmət Mərkəzi yaradılanadək nazirliyə yazılı müraciət etmə, sonra müəyyən müddət ərzində həmin müraciətlərə baxılma, onlara cavab verilmə uzun vaxt aparırdı: "Səhiyyə isə elə sahədir ki, burada hər bir müraciətə operativ baxılmalıdır. Bizim məqsədimiz buna nail olmaq idi. Ona görə də Elektron Səhiyyə Xidməti yaratdıq. Artıq 3 aydır fəaliyyət göstərən Elektron Səhiyyə Xidmətinə insanlar axın edir”.

O.Şirəliyevin sözlərinə görə, qısa müddət ərzində bu mərkəzə 7 mindən artıq müraciət daxil olub. Müraciətlərin hamısı operativ şəkildə cavablandırılıb.

loading...


loading...
Muəllif: narmin  13-04-2016, 18:00   Baxılıb: 1 402   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.