Qeydiyyat    Giriş
Sayta giriş
» » Pul kisəsinə sərvət cəlb etməyin üsulları
Sağlam ailə

Pul kisəsinə sərvət cəlb etməyin üsulları



 

Bəzi hadisələrə, xüsusilə də əgər heç bir məntiqi izahı yoxdursa, onlara inanmaq çətindir. Amma bu, onların təsir qüvvəsini azaltmır.

 

Hər bir insan ona pul və uğur gətirən əlamətlərə istər-istəməz inanır.

Nə qədər qəribə səslənsə də, bunlara əməl edən insanların özləri də etiraf edir ki, qaydalar həqiqətən işləyir! Hər halda, onları bilmək heç kimə mane olmaz.

 

1. Portmanata pulları azalan ardıcıllıqla qoyun. İlk növbədə yuxarı məbləğlər göz önündə olmalıdır. Böyük pulun üzü sizə tərəf olmalıdır.

 

2. Pulları portmanata baş-ayaq çevirib qoymayın.

 

3. Sizə uğur gətirən pul talismanını tapıb onu pul kisəsinin bir küncünə qoyun və heç vaxt xərcləməyin. Əskinasların son 2, 3, ən yaxşı halda 4 rəqəmi sizin doğum gününüz ilə üst-üstə düşməlidir.

 

4. Əgər müxtəlif ölkələrin valyutalarından istifadə edirsinizsə, onları portmanatın ayrı-ayrı ciblərində saxlayın və heç vaxt birləşdirməyin.

 

5. Əgər yoldan qəpik tapmısınızsa, onu alanda üstündəki qartal işarəsinin hansı tərəfdə olmasına diqqət edin. Əgər  işarə yuxarıdırsa, pulu alın, o uğur gətirəcək. Əgər işarə altda qalıbsa, qəpiyi onda yerinə qoyun.

 

6. Pulların cəlb edilməsi üçün pul kisəsini düzgün seçin: O, təbii dəridən və qırmızı rəngdə olmalıdır.

 

7. Köhnəlmiş pul kisələrini saxlamaq tövsiyə olunmur.

 

8. Pul kisəsinin şəffaf cibinə qazanmaq istədiyin böyük məbləğin şəklini qoyun.

 

9. Pul kisəsində əlavə heç nə olmalı deyil. Çünki pul ancaq pulların əhatəsində olmalıdır ki, onların artmasına başqa heç nə mane ola bilməsin.

 

10. Pul kisəsinin qara rəngdə olması məsləhət deyil. Qara rəng pul kisəsinə pulun axınının yolunu bağlayır.

 

11. Çirkli və cırıq əskinasları dərhal xərcləyin, ya da ondan nə cürsə xilas olun. Pul kisəsində onlara yer yoxdur.

 

12. Pul kisəsini heç bir halda tamamilə boş saxlamayın. Onun içində heç olmasa, bir neçə əskinas və qəpik olmalıdır.

 

Əlbəttə, bütün bu üsullar sizə nənənin nağılları kimi fantastik görünə bilər. Əgər inanmırsınızsa, bu qaydalara əyləncəli oyun kimi yanaşın.

 


loading...


loading...
Muəllif: narmin  6-04-2016, 14:00   Baxılıb: 2 362   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.