Qeydiyyat    Giriş
Sayta giriş
» » Orqanizmi toksinlərdən xaric edib böyrəkləri təmizləyən bitkilər
Sağlam ailə / Sağlam qidalanma

Orqanizmi toksinlərdən xaric edib böyrəkləri təmizləyən bitkilər



 

Böyrəkləri təmizləmək üçün otlardan istifadə etmək orqanizmin özünü zərərli maddələrdən təmizlənməsinin ən yaxşı yollarından biridir. Amma nisbətən daha az tanınan üsuldur. Böyrəklər üçün detoks funksiyasını yerinə yetirən bəzi otların siyahısını təqdim edir:

 

Böyrəklər orqanizmin ümumi sağlamlığında çox mühüm rola malikdir. Bəs, necə? Böyrəklər bədəndən toksinlərin atılmasını təmin edir və filtr vəzifəsini yerinə yetirir. Əgər bu filtr ləngisə, bədəndəki qan zəhərlənir. Çünki duz və tullantılar böyrəklərə yığılır. Bu zaman böyrəklərə həddindən artıq tullantı maddələr və toksinlər toplandığı üçün onu xaric edə bilmir. Böyrəklərin fəaliyyətinin zəifləməsi müxtəlif səbəblərə bağlı olaraq meydana gələ bilər. Publika.az-ın sağlamlıq bölməsi toksinləri orqanizmdən xaric edən bitkilərin siyahısını təqdim edir:
 
Böyrəkləri təmizləyən faydalı otlar
 
Qatırquyruğu
Qatırquyruğu böyrəkləri toksinlərdən təmizləyən ən geniş yayılmış otlardan biridir. Onun tərkibindəki yüksək silisium oksid toksinləri zərərsizləşdirir. Bundan başqa, sidikqovucudur.  Sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdən sidik ilə birlikdə toksinləri və digər zərərli maddələrin atılmasını təmin edir. Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır.
 
Qaragilə
Qaragilə uzun zamandan bəri sidik kisəsinin və sidik yolu infeksiyalarının müalicəsində dərman kimi istifadə olunur. Bu bitki antibakterial maddələrlə zəngindir. Qaragilədə olan antibakterial maddələr böyrəkləri toksinlərdən təmizləyir.
 
Əsasən sidikqovucu olduğundan sidik miqdarını artıraraq zəhərli maddələrin orqanizmdən xaric olunmasını təmin edir. Bundan başqa, sistit, nefrit, prostatit, sidik iltihabı və sidik yolu ilə bağlı problemləri müalicə edir.
 
Gicitkən otu
Toksinlər və tullantı maddələrin atılmasında bu bitki böyrəklər üçün olduqca effektlidir. Gicitkən otunun tərkibi qidalandırıcı və bol miqdarda xlorofil, beta karoten, A vitamini, B2 vitamini, C vitamini, E vitamini, kalsium, kalium və dəmirdən ibarətdir. Gicitkən də faydalı təsirlərə malik olan sidikqovucu bitkidir.
 
Cəfəri
Həm ləzzətli, həm də salatları bəzəyən bu faydalı göyərti böyrəkləri təmizləyib toksinləri orqanizmdən xaric edir. Bundan başqa, cəfəri detoks funksiyasını yerinə yetirərək, artıq yağları yandırır. Həmçinin sidikqovucu xüsusiyyətinə görə, şiş və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
 
Zəncəfil
Zəncəfil qanı və böyrəyi toksinlərdən təmizləməyə kömək edir, çiy və ya bişmiş halda böyrək üçün ən yaxşı qidalardan biri hesab olunur.

 


loading...


loading...
Muəllif: narmin  28-11-2017, 09:24   Baxılıb: 1 119   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.