Qeydiyyat    Giriş
Sayta giriş
» » The Times: Coca-Cola piylənməni dəstəkləyir
Sağlam ailə / Sağlam qidalanma / Xəbərlər

The Times: Coca-Cola piylənməni dəstəkləyir



 


Konsern hökumət nümayəndələrini satın alırdı”.

Coca-Cola şirkəti britaniyalı alimlərin piylənmə və şirin, qazlı suların istehlakı arasında əlaqəni təkzib edən tədqiqatları üçün milyonlarla funt xərcləyib.

Bu barədə The Times qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, dünyaca məşhur konsern yalnız ondan artıq elmi layihəni maliyyələşdirməyib, eləcə də səhiyyə məsələləri ilə məşğul olan hökumət nümayəndələrini satın alıb.

Onlar öz çıxışlarında Coca-Cola və ona bənzər içkilərin artıq çəkiyə səbəb olması faktını şübhə altına alırdılar.

Eyni zamanda bir çox ekspert-dietoloqlar qeyd edirlər ki, məhz şəkərin ifrat istifadəsi artıq çəkiyə səbəb olur.

Ekspertlər şəkər tərkibli qida məhsullarına vergi qoyulmasına dair çağırışla çıxış ediblər.

"Coca-Cola şirkəti yalnız ictimai fikri deyil, eləcə də siyasi qərarları manipulyasiya etmək istəyir. Onların taktikası elmi tədqiqatlara təsir göstərməyə çalışan alkoqol və tütün şirkətlərinin taktikasını xatırladır”, - Faculty of Public Health cəmiyyətinin üzvü Saymon Kepvell bildirib.

Konsernin nümayəndələri The Times nəşrinə bildiriblər ki, şirkət müstəqil alimlərə elmi tədqiqatlar sifariş edirlər, belə ki, içkinin tərkibində olan inqredientlər haqqında alınan nəticələrə hər zaman etibar edir.

loading...


loading...
Muəllif: narmin  31-03-2016, 07:00   Baxılıb: 1 017   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.