Qeydiyyat    Giriş
Sayta giriş
» » Milyarder qadın 53 yaşında əkiz doğdu - FOTO
Sağlam ailə / Xəbərlər

Milyarder qadın 53 yaşında əkiz doğdu - FOTO



 

Dünyanın ən zəngin qadınları siyahısında yer alan isveçrəli Marqarita Luis-Dreyfus yenidən ana olub.


Rusiya əsilli biznes-ledi 53 yaşında əkiz övlad dünyaya gətirib.


Marqarita "Forbes"in sıralamasında 171-ci ən varlı şəxs olaraq göstərilir. Onun varidatı 7,1 milyard dollar həcmində ölçülür. Həyat yoldaşı Filip Hildebrand adlı isveçrəli bank işçisidir.

Bu, Marqaritanın ikinci evliliyidir. Üç oğul dünyaya gətirdiyi ilk həyat yoldaşı 2009-cu ildə leykoz xəstəliyindən dünyasını dəyişib. Marqarita hazırda mərhum ərinin qurduğu holdinqin idarə heyətinin sədri olaraq çalışır. Ölümündən sonra ərinin sahib olduğu Fransanın "Marsel" futbol klubu da Marqaritaya qalıb.


Axşam.az



loading...
Müəllif: Nermine Mahmudova  22-03-2016, 09:09   Baxılıb: 1 507   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.