Qeydiyyat    Giriş
Sayta giriş
» » Siqaretdən 5 günə imtina etmək üçün - Resept
Sağlam ailə

Siqaretdən 5 günə imtina etmək üçün - Resept



 

 Amerika mütəxəssislərinin hazırladıqları üsul gənc astronavtlar üçün nəzərdə tutulub. 

 
1-ci gün. Səhər həmişəkindən yarım saat tez qalxaraq duş qəbul edilir və 2-3 stəkan su içilir. Səhər yeməyi zamanı meyvə yeyilir və ya təzə sıxılmış meyvə şirəsi içilir. Daha sonra 2-3 dəfə dərindən nəfəs alınır və hər dəfə siqaret çəkməyə həvəs yarananda su və ya təbii şirə içilir. Hər maye qəbulundan sonra dərindən nəfəs alınır. Siqaret çəkənlərdən uzaqlaşmaq tövsiyə olunur.
Günorta yeməyində şorba və tərəvəzlərdən bişirilmiş yemək yeyilir, mütləq şirə içilir. Yeməkdən sonra yarım saat təmiz havaya çıxılır.
 
Axşam yüngül yeyilir. Boş dayanmamaq, gün ərzində hər hansı bir işlə məşqul olmaq lazımdır, yumşaq divanda oturmaq və alkoqol qəbul etmək məsləhət deyil.
 
2-ci gün. Səhər acqarına 2-3 stəkan su içilir, tənəffüs hərəkətləri edilir, yenə təzə meyvələr və ya şirə ilə səhər yeməyi yeyilir. Sonra bir qədər təmiz havaya çıxılır və ya imkan daxilində işə piyada gedilir.
 
Birinci gün təklif olunan rejim təkrar edilir. Siqaret çəkmə istəyi su və ya şirə ilə yatırılır.
3-cü və 4-cü günlər. Eyni rejim tutulur. Bu günlərdə siqaret çəkən onu atmaq üçün iradəsinin gücləndiyini hiss edir.
 
5-ci gün. Siqaret çəkmək həvəsi itir, əldə edilən nəticəyə görə məmnunluq və qürur hissi yaranır.
 
Alman mütəxəssislərin məsləhətləri:
 
- Filtrli siqaret çəkmək.
- Hər dəfə fərqli markalarda siqaret almaq.
- Bir dəfəyə yalnız bir qutu siqaret almaq.
- Siqareti götürdükdən sonra qutunu gizlətmək.
- Siqaret çəkmək təkliflərini qəbul etməmək, heç kimə siqaret təklif etməmək.
- Üstündə kibrit və ya alışqan gəzdirməmək.
- Siqareti göz qabağından uzaq qoymaq.
- Siqaret çəkəndən sonra külqabını gizlətmək.
- Siqareti ilk tüstüdən sonra söndürməyi bacarmaq.
- Hər tüstüdən sonra siqareti külqabına qoymaq.
- Saatda bir ədəddən artıq siqaret çəkməmək.
- İlk siqareti səhər yeməyindən sonra çəkmək.
- Çəkilən siqaretlər arasındakı vaxtı uzatmağa çalışmaq.
- Ay ərzində qənaət edilən pulun miqdarını hesablamaq.
 
Məşhur rus professoru Aleksandr Filatov öz təcrübəsində siqaretdən imtina üçün belə bir üsuldan istifadə edib: 1 xörək qaşığı evkalipt yarpaqları üzərinə yarım litr qaynar su tökülür, 1 saat dəmlənir, dəmləməyə 1 xörək qaşığı qliserin və 1 xörək qaşığı təbii bal əlavə olunur. Gündə 7 dəfə 1/4 stəkan içilir. Müalicə 1 ay müddətində aparılır.

 


loading...


loading...
Muəllif: narmin  25-03-2016, 16:00   Baxılıb: 3 376   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.