Qeydiyyat    Giriş
Sayta giriş
» » Mərci ilə arzuolunmaz tüklərdən azad olun!
Sağlam ailə / Gözəllik

Mərci ilə arzuolunmaz tüklərdən azad olun!



 


Arzuolunmaz tüklər xanımların ən böyük problemlərindən biridir. Ondan xilas olmaq üçün müxtəlif vasitələrə, o cümlədən, lazer epilyasiyasına pul tökməyin, çünki evdə hazırlaya biləcəyiniz maskalarla tükləri azalda bilərsiniz.

Saqlamheyat.az publika.az-a istinadən həmin maskalardan bir neçəsini təqdim edir: 

Üz üçün limon maskası:

Üzdəki tüklərdən xilas olmaq üçün ən effektli vasitə limon maskasıdır.

Tərkibi:

2 xörək qaşığı şəkər tozu
10 xörək qaşığı su
2 çay qaşığı limon şirəsi

Hazırlanması və tətbiqi:

Şəkər tozunu suda əridin. Sonra limon şirəsini əlavə edin. Bu qarışığı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra bərkimiş maskanı əlinizlə ovub tökün. Maskanın effektini daha tez görmək üçün həftədə iki və ya üç dəfə çəkməlisiniz.

Bədən üçün mərci maskası:

Ayaq, qol, kürək, qarın kimi bölgələrdəki tüklərdən xilas olmaq üçün mətbəxinizdəki vasitələrdən yararlanın.

Tərkibi:

1 ədəd kartof
1 kasa sarı mərci
1 xörək qaşığı bal
4 xörək qaşığı limon şirəsi

Hazırlanması və tətbiqi:

Sarı mərcini 12 saat suda saxlayın. Kartofu bişirib əzin (və ya çiy kartofu sürtgəcdən keçirin). Mərci ilə kartofu qarışdırıb xəmir halına salın. Qarışığa limon şirəsini də əlavə edin. Əldə etdiyiniz maskanı arzuolunmayan tüklərin dibinə çəkin və 20-30 dəqiqə saxlayın. Maska quruduqdan sonra ovaraq təmizləyin. Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır.


loading...
Müəllif: narmin  2-03-2016, 11:00   Baxılıb: 4 228   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.