Qeydiyyat    Giriş
Sayta giriş
» » Erkən ağaran saçlar nəyin əlamətidir?
Sağlam ailə / Kosmetologiya

Erkən ağaran saçlar nəyin əlamətidir?



 

Saçların erkən yaşda ağarması hər hansı bir xəstəliyin əlaməti ola bilər.

 Türkiyəli professor Xədicə Ərdi Şanlı saç ağarmasını yaş və genetik faktorların təsirindən ortaya çıxdığını deyib.

Onun sözlərinə görə, bu proses hər gün artır və qalıcı olur. Bəzi insanlarda isə saç ağarması erkən yaşlarda, hətta bəzən uşaq yaşlarında da baş verir.

Saç ağarmasının xroniki yaş, dəri rəngi və cinsiyyətlə əlaqəli olması da deyilir.

Məlumata görə, saç ağarması adətən ağ dərili insanlarda 30, qara dərililərdə isə 40 yaşda başlayır.

Araşdırmalar 50 yaşdan yuxarı insanların yarıdan çoxunun saçlarının ağardığını sübüt edib.

Saçlar niyə vaxtından tez ağarır?

Saçların vaxtından tez ağarmasında genetik faktorların mühüm rol oynayır.

Bəzi sistematik xəstəliklər və ya dəriylə bağlı problemlər də saçların erkən ağarmasına səbəb olur. Dərinin rəngini təmin edən maddənin (piqmentlərin) azalması dəridə ağarmaya gətirib çıxarır. Bu da vaxtından əvvəl yaşlanma sindromları, tiroid bezinin yetəri qədər işləməməsi ilə ortaya çıxan hipotiroid kimi problemlər yaradır.

Aparılan son araşdırmalar isə gənc yaşlarda siqaret çəkən insanların saçlarının daha tez ağardığını göstərir.

loading...


loading...
Muəllif: narmin  2-03-2016, 08:00   Baxılıb: 1 586   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.