Qeydiyyat    Giriş
Sayta giriş
» » Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq
Sağlam ailə / Xəbərlər / Onkoloji xəstəliklər

Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq




 Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.

Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəsi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda da Dünya Xərçəng Günü hər il qeyd olunur. Xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair məlumatlandırılması məqsədilə 24 yanvar – 15 fevral tarixlərində Milli Onkologiya Mərkəzi tərəfindən Bakı və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Maarifləndirmə tədbirləri zamanı Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri, o cümlədən, ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə dair vətəndaşlara faydalı məlumatlar verilir. Tədbirlər zamanı əhali arasında xüsusi hazırlanmış buklet və lifletlər paylanılır. Bununla yanaşı Milli Onkologiya Mərkəzinin təcrübəli həkim-onkoloqları tərəfindən vətəndaşların xərçəng xəstəliklərinə dair bütün sualları cavablandırırlar. Bu il Dünya Xərçəng Günü ilə bağlı növbəti tədbir 4 fevral tarixində saat 16:00-dan 18:00-dək 28 Mall AVM-də təşkil ediləcək.





loading...
Müəllif: narmin  29-02-2016, 21:22   Baxılıb: 1 542   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.