Qeydiyyat    Giriş
Sayta giriş
» » Ürək-damar xəstələrinin sayı artıb
Sağlam ailə

Ürək-damar xəstələrinin sayı artıb



 
 

 

Keçən il ürək-damar xəstəlikləri ilə bağlı Yevlax Mərkəzi Rayon Xəstəxanasına 6 min nəfər ambulator formada müraciət edib. Bu ilin ötən dövründə həmin rəqəm 6 min 500 olub. 2014-cü ildə bu xəstəliklə bağlı 400 nəfər stasionar müalicəyə cəlb olunaraq qeydiyyata düşüb. Bu ilin ötən dövründə belə xəstələrin sayı 450-yə çatıb. Həkimlər bu xəstəliyin artmasına əsas səbəb kimi insanların düzgün qidalanmamasını göstərirlər. Onlar insanların qida rasionuna daxil olan yağlı, duzlu, geni dəyişmiş və standartlara uyğun olmayan yeyinti məhsullarının ürək-damar xəstəliklərinin artmasına müsbət təsir etdiyini bildirirlər.

Həkimlər belə qidaların damarlarda xolestrin çökməsi əmələ gətirdiyini, bunun da  damarların funksional qabiliyyətini itirməsinə səbəb olduğunu söyləyirlər. Onlar stress və əsəb gərginliyinin də bu xəstəliyin  törənməsinə təsir etdiyini deyirlər. Belə xəstəliklərin qarşısının vaxtında alınması üçün insanların mütamadi müayinələrdən keçməli olduqlarını bildirirlər: "Proflaktik tədbirləri görmək lazımdır ki, insanlar gələcəkdə ağır ürək-damar xəstəliklərinə tutulmasınlar. Onlardan da ən mühümü qida rejimidir, əsəb gərginliyidir, düzgün iş rejimi yaratmaqdır. Bunların hamısı insan səhhətinə çox ciddi təsir edə bilir", - deyə kordioloq Tahir Məmmədov bildirib.

Həkimlər qrip və digər infeksion xəstəliklərin də ürəkdə və damarlarda müəyyən fəsadların yaranma riskini artırdığını bildirirlər. Onlar bu cür xəstəliklərin anadangəlmə ürək qüsuru olan insanlar üçün daha da təhlükə doğurduğunu deyirlər. Belə insanların isə geni dəyişdirilmiş, paketlənmiş və ənənəvi olmayan heyvan mənşəli qidalardan az istifadə etməsi məsləhət görülür.(Region TV)

 



Müəllif: Nermine Mahmudova  2-08-2016, 11:00   Baxılıb: 760   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.