Qeydiyyat    Giriş
Sayta giriş
» » Boyun və sinə üçün maskalar...
Sağlam ailə / Kosmetologiya

Boyun və sinə üçün maskalar...



 

 Belə bir deyim var ki, qadının yaşını boynu ələ verir. Həqiqətən də, çox vaxt dəri qırışmağa sinə və boyundan başlayır. Ancaq ev şəraitində hazırlaya biləcəyiniz maskalarla 10 yaş gənc görünə bilərsiniz. Azadqadın.az publika.az-a istinadən boyun və sinə nahiyəsi üçün ən effektli maskaları təqdim edir:  

Limon maskası  1 ədəd limonla, 2 çay qaşığı buğda yağını və 1 ədəd yumurtanın ağını qarışdırın.

Maskanı sinə və boyun nahiyələrinə çəkib masaj edin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyunun. Maskadan həftədə bir dəfə istifadə edin.  

Doşab maskası  4 çay qaşığı üzüm doşabı ilə 1 çay qaşığı yulaf ununu və 2 çay qaşığı buğda yağını qarışdırın. Maskanı çəkib 20 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə təmizləyin. Maska həftədə bir dəfə çəkilməlidir.

  Ballı maska  1 ədəd yumurtanın ağını, 2 çay qaşığı qarğıdalı nişastası və 2 çay qaşığı bal ilə qarışdırın. Maskanı sinə nahiyəsinə çəkib  20 dəqiqə gözləyin. Daha sonra soyuq su ilə yuyunun. Maskadan həftədə iki dəfə istifadə etmək lazımdır. Bu maska xüsusilə də, sinədə yaranmaş qırışlara və elastikliyin itməsinə qarşı təsirlidir.




loading...
Müəllif: Nermine Mahmudova  25-02-2016, 08:00   Baxılıb: 2 339   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.