Qeydiyyat    Giriş
Sayta giriş
» » Xərçəngi sağaldan Multivitamin bitki
Sağlam ailə / Onkoloji xəstəliklər

Xərçəngi sağaldan Multivitamin bitki

Загрузка...


 

Çaytıkanı əsl təbii "vitamin-mineral kompleksi" adlandırmaq olar.

Bu bitkinin tərkibində A, B qrupu, C, E, K, P vitaminləri, kalium, maqnezium, fosfor, dəmir, pektinlər, yağlı turşular (Omeqa-3-6-9) və s. faydalı maddələr var. Belə zəngin tərkibə görə çaytikanı qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Qədimdə çaytikanı dəri xəstəlikləri və nəfəs yolları iltihabları zamanı istifadə olunurdu.

Çaytikanı immun sistemini möhkəmləndirir. Çaytikanı dəmləməsi soyuqdəymə, virus və bakterial infeksiyaları zamanı çox faydalıdır - iltihabı azaldır, sağalmanı tezləşdirir. 1 stəkan çaytikanı blenderdə əzin və 2 xörək qaşığı balla qarışdırın. Bu təbii vasitəni immun sisteminin möhkəmləndirilməsi və həmçinin soyuqdəymə xəstəlikləri, öskürək  zamanı istifadə edin.

Nəfəs yolları iltihabları zamanı çaytikanı dəmləməsi (meyvələr, yarpaqlar, ağacın qabığı götürülür) inhalyasiya üçün istifadə olunur. Təzə çaytikanı olmadıqda isti suya 1 çay qaşığı çaytikanı yağı əlavə edin və inhalyasiya üçün istifadə edin.

Avitaminoz və qanazlığı zamanı çaytikanı şirəsi çox yaxşı müalicəvi təsir edir.

Çaytikanı xərçəngəleyhinə təsirə malikdir.

Tərkibində çoxlu miqdarda A vitamini olan çaytikanı dərinin vəziyyətinə çox müsbət təsir edir - cavanlaşdırır, elastikliyini artırır. Məhz bu səbəbdən çaytikanı bir çox kosmetik kremlərin tərkibinə daxil edilir.

Çaytikanı həmçinin saçlara da yaxşı təsir edir - onları daha sağlam və parlaq edir. Quru cansız saçlara çaytikanı yağı ilə maskalar edin. Təmiz çaytikanı yağı həftədə 1-2 dəfə baş dərisinə massaj hərəkətləri ilə çəkilir, plyonka və dəsmalla örtülür. Maskanı 1  saatdan sonra yumaq lazımdır. 1-2 aydan sonra saçların vəziyyəti yaxşılaşacaq.

Çaytikanı dəmləməsi saçları möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır. Saçları yuduqdan sonra ilıq çaytikanı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır.

A vitamini həmçinin gözlərin sağlamlığı üçün çox vacibdir. Bu səbəbdən görmə problemləri olan insanlar çaytikanı yeməlidir. Həmçinin çaytikanı görmə problemlərinin  profilaktikası üçün çox yaxşı təbii vasitədir. Çaytikanı gözün buyuz qişası zədələmələri zamanı istifadə olunan preparatların tərkibinə daxildir.

Çaytikanı C və P vitaminlərlə zəngindir. Bu vitaminlər qanın laxtalanmasını azaldır, kapilyarları və damarları möhkəmləndirir. Bu xüsusilə varikoz xəstəliyi və babasil zamanı vacibdir. Varikoz xəstəliyi zamanı çaytikanı və onun yarpaqları dəmləməsində pambıq parça isladıb ayaqlarınıza islatma şəklində qoyun. Babasil zamanı belə islatmaları babasil düyünlərinin üzərinə qoymaq və çaytikanı dəmləməsi ilə oturaq vannaları etmək olar.

Çaytikanı yarasağaldan təsirə malikdir. Bu səbəbdən çaytikanı yağı müxtəlif yaraların və xoraların müalicəsində geniş istifadə olunur (mədə xorası, yanıqlar, uşaqlıq boynu eroziyası və s.).

Kalium və maqneziumla zəngin olan çaytikanı ürək əzələsini möhkəmləndirir. Bu səbəbdən ürək-damar sistemi xəstəlikləri olan insanlar çaytikanı təzə və həmçinin mürəbbə, şirə, dəmləmə şəklində qəbul etməlidir.

Həmçinin bu bitkinin tərkibində çox qiymətli Omeqa yağ turşuları var ki, bu yağ turşuları damarlarda xolesterinin yığılmasının qarşısını alır və bu da insult və infarkt kimi ağır pozulmaların profilaktikasında böyük rol oynayır.

Çaytikanı insanın dölyaratma sistemi üçün də çox xeyirlidir. Kişi potensiyasının (kişi gücü) bərpa olunmasında tərkibində çaytikanı olan preparatlarından istifadə olunur.



Loading...
Müəllif: narmin  24-02-2016, 21:00   Baxılıb: 999   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
loading...
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.