Qeydiyyat    Giriş
Sayta giriş
» » Xəstəliklərə işarə edən bədən qoxuları – aseton, sirkə, balıq, xarab ət...
Sağlam ailə

Xəstəliklərə işarə edən bədən qoxuları – aseton, sirkə, balıq, xarab ət...



Xəstəliklərə işarə edən bədən qoxuları – aseton, sirkə, balıq, xarab ət...


Bəzi xəstəliklər zamanı insanın bədən qoxusu dəyişilir, insandan qəribə iy gələ bilər. Bu orqanizmdə gedən patoloji proseslərin nəticəsidir.

- Aseton iyi

İnsanın tərindən aseton iyi gəlirsə bu əksər hallarda şəkərli diabetə işarə edir. Bu çox təhlükəli simptomdur. Kəskin aseton iyi diabetik komanın yaxınlaşmasına işarə edir.

Saglamolun.az bildirir ki, həmçinin aseton iyi həzm orqanları, böyrək və qaraciyər xəstəliklərinə işarə edə bilər.

- Pişik iyi

Bəzi pozulmalar zamanı insandan pişik sidiyinə oxşar iy gələ bilər. Bu əksər hallarda böyrək problemlərinin simptomudur.

- Sirkə iyi

Güclü tərləmə və tərdən sirkə iyinin gəlməsi nəfəsalma sisteminin xəstəliklərindən xəbər verə bilər. Qadınlarda belə iy süd vəzi xəstəliklərinə (məsələn, mastopatiyaya) işarə edə bilər.

- Balıq iyi

Bu iy maddələr mübadiləsi pozulmaları zamanı yarana bilər. Qadınlarda cinsiyyət orqanlardan balıq iyli ifrazatlarin gəlməsi cinsi yolu ilə keçən infeksiyalara işarə edir.

- Şirin meyvəli iy

Bu qanda şəkərin yüksək olmasının simptomu ola bilər. Həmçinin difteriya zamanı da insandan bu iy gələ bilər.

- Xarab ət iyi

Belə iy onkoloji xəstəliklər zamanı hiss oluna bilər.
loading...


loading...
Muəllif: narmin  15-09-2019, 19:29   Baxılıb: 229   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.