Qeydiyyat    Giriş
Sayta giriş
» » Belə yatmayın, sağlamlığınız üçün TƏHLÜKƏLİDİR!
Sağlam ailə

Belə yatmayın, sağlamlığınız üçün TƏHLÜKƏLİDİR!



Belə yatmayın, sağlamlığınız üçün TƏHLÜKƏLİDİR!


Mədə, boyun və ya bel ağrılarının səbəbi səhv yuxu pozası ola bilər.

Araşdırmalar göstərib ki, uzun müddətli səhv yuxu pozası dərinin qocalmasını sürətləndirir. Eyni zamanda oynaq ağrılarına gətirib çıxara bilər.

Oxucuları ən çox görülən yuxu duruşları və onların bədənə təsirləri ilə tanış edirik.

Əllər aşağı vəziyyətdə düz uzanmaq



Bu yuxu pozası ən sağlam duruşdur. Bu duruş boyun ağrısından xilas olmağa kömək edəcək. Lakin xoruldayırsınızsa, bu poza problemi daha da artıracaq.

Əllər yuxarı, ayaqlar aralı vəziyyətdə düz yatmaq



Bu, kürəyi rahatlaşdırmaq üçün əla olan ulduz duruşudur. Bu yuxu duruşu nəinki boyun ağrısını müalicə etməyə kömək edir, həm də üz qırışlarının yaranmasının qarşısını alır.

Embrion pozası



Bu, ən pis duruşlardan biridir, çünki boyun və onurğa problemlərinə yol açır. Bu da nəfəs almağı çətinləşdirir.

Qarnıüstə yatmaq



Belə bir yuxu duruşu həzmi yaxşılaşdırır. Ancaq başın duruşu ilə diqqətli olun ki, boyunda əlavə gərginlik yaranmasın.

Böyrü üstə və əllər bu vəziyyətdə



Bu duruş sinirlərdə təzyiq yaratdığı üçün qan dövranını zəiflədir. Bu, boyun və çiyin bölgəsində ağrıya səbəb ola bilər.

Yan tərəfə, ancaq qollar bədən boyunca



Bu yuxu duruşu kürək və boyun ağrılarından əziyyət çəkən insanlar üçün yaxşıdır, eyni zamanda yuxu apne problemini həll edə bilər. Ancaq yadda saxlayın ki, üzün uzun müddət yastığa təzyiqi nəticəsində qırışların əmələ gəlməsini sürətləndirir.

Böyrü üstə



Əgər sağ tərəfə doğru yatarsanız, bu, ürək problemlərinə səbəb ola bilər; sol böyrü üstə yatırsınızsa, bu mədə, ağciyər və qaraciyər kimi daxili orqanlara əlavə bir yük yaradır.

Yastıqla



Hansı vəziyyətdə yatmağınızdan asılı olmayaraq, bir yastıqda yatsanız, daha az ağrı hiss edəcəksiniz. Əgər düz yatırsınızsa, belinizin altına bir yastıq qoyun, qarnıüstə yatırsınızsa, belinizin altına qoyun.Publika.az
loading...


loading...
Muəllif: narmin  7-09-2019, 16:58   Baxılıb: 111   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.