Qeydiyyat    Giriş
Sayta giriş
» » Kimyəvi və təbii meyvə-tərəvəzləri necə ayırd etməli? - 10 faydalı məsləhət
Sağlam ailə

Kimyəvi və təbii meyvə-tərəvəzləri necə ayırd etməli? - 10 faydalı məsləhət



Kimyəvi və təbii meyvə-tərəvəzləri necə ayırd etməli? - 10 faydalı məsləhət
Bazarda və supermarketlərdə alış-veriş edən zaman bizi ən ümdə narahat edən məsələ meyvə və tərəvəzlərin təbi olub-olmamasıdır.
Bu üsulları sizə təqdim edirik.
1. Yerkökü
Böyük və narıncı rəngdə olan yerkökü müştərinin diqqətini tez cəlb edir. Həmişə balaca və rəngi parlaq olmayan yerkökü seçin. Unutmayın ki, təbii yerköküdə qəribə ləkələr olmur.
2. Kartof
Kartof kimyəvi dərmanları tez həll edir. Ona görə onları ayırd etmək çətindir. Çalışın balaca görkəmli və ləkəli kartofları seçin. Səliqəli və gözəl görkəmli kartoflar kimyəvidir. Dırnağınızla kartofa toxunun əgər xırçıltı səsi (cipsi kimi) gəlirsə, deməli kartof tamamilə təhlükəsizdir.
3.Pomidor
Pomidoru seçmək bir qədər asandır. Sağlam pomidorun içi bir rəng olur və aydın olur. Əgər pomidorun içi ağdırsa və ləkələr varsa deməli nitratı boldur. Həm də toxum yerinə diqqət etsəniz görərsiniz ki, təmiz pomidorda toxum hissəcikləri balacadır.
4.Xiyar
Xiyarı alarkən içinə diqqət edin. Yadda saxlayın gübrəli xiyarın toxumları olmur. Bir də xiyarda sapına diqqət edin. Təhlükəsiz xiyarda yaşıl sapı yumşaq olmalıdır, xiyar özü isə bərk.
5. Kələm
Kələm alarkən onun ləkələrinə diqqət etməyiniz kifayətdir. Ləkəli kələm gübrələrlə kifayət qədər zəhərlənmiş vəziyyətdədir mənasını verir.
6. Alma
Bu gün kifayət qədər zəhərli vəziyyətdə olanların biri də almadır. Çalışın çirkin, balaca və çatışmazlıqları bol alma seçəsiniz.
7. Balqabaq
Təmiz və ləkəsiz balqabaq gübrəsiz balqabaqdır.
8. Çiyələk
Mağazalar və supermarketlər bu giləmeyvəni demək olar ki, bütün il yeməli ediblər. Əgər orjinal çiyələk istəyirsinizsə yadda saxlayın ki, onlar ideal formaya malik olmurlar. Xüsusilə çiyələkdə ləkələr varsa, onu almaqdan yayının. Əgər həddindən artıq parlaq rəngi varsa deməli rəngləniblər. Bir məsləhət daha: Çiyələyi soyuq su ilə yuyun, rəngi çıxırsa deməli kimyəvi müdaxilə yan ötməyib.
9. Qapız
Kimyəvi müdaxilə görməyən qarpızın tumları taraz düzülmüş və sapı da quru olur. Əgər qarpızın içində sarı ləkələr varsa deməli qarpız kimyəvidir. Təbii qarpızın lifləri ağ olur.
10.Albalı
Təbii albalı parlaq və bir rəngli olur. Ləkələr və solğunluq kimyəvi müdaxilədən xəbər verir.İslaminsesi.info
loading...


loading...
Muəllif: narmin  11-10-2019, 10:33   Baxılıb: 181   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.