Qeydiyyat    Giriş
Sayta giriş
» » Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT
Sağlam ailə

Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT



Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT


"Tonlarla dərmanı udmağı dayandırın, onlar sizi sağaltmayacaq, bu çıxış yolu deyil”. Bu sözlər məşhur yapon qastroenteroloqu Xiromi Şinyana aiddir.
Sağlamlıq haqqında kitabların müəllifi olan həkimin müalicə prinsipi dərmandan öncə qidaya korreksiya etməkdən və ərzaqları düzgün nisbətdə götürməkdən ibarətdir.


Xiromi Şinya heyvanmənşəli qidaların, xüsusən südün rasionda azaldılmasını məsləhət görür. "Süd məhsullarında turş yağlar var ki, onlar bağırsaqda zərərli bakteriyaları artırır. Bu da orqanizmdə sərbəst radikalların və toksinlərin çoxalmasına səbəb olur.


Nəticədə həzm pozulur, xəstə diabet və xərçəng olur. Həkim ətdən qəti imtina etməyi məsləhət görmür. O, rasionu belə balanslaşdırmağı tövsiyyə edir.



Qidalanmanın düzgün balansı faiz nisbətində belə olmalıdır:


Gündəlik qidada:


50% - taxıl məhsulları, amma təmizlənməmiş halda. Buğda, çovdar, yarma, vələmir, cilalanmamış yabanı düyü və s. Məhz onlar karbohidratların sürətlə mənimsənilməsinin qarşısını alır, həzmi yaxşılaşdırır.


40% - Meyvə -tərəvəz olmalıdırVitamin, mineral, sellüloza, mikroelementlər yalnız bunlardan alınır. Xüsusən çiy formada.


10-15% - ət və ət məhsulları. Onun da çoxu toyuq, quş əti olmalıdır.
Çox ət yemək orqanizmi tez çürüdür, onların həzminə çox enerji sərf olunur, insan qocalır.


Ət qəbulunun sadə sxemi belədir: hər 1 kq çəkiyə 1 qram zülal mənşəli qida götürülməlidir. Yəni 70 kq-lıq insan gündə 70 qram ət, toyuq və ya balıqdan birini yeyə bilər. Artıq yox.


İmtina etməlisən:


Süd, süd məhsulları – nadir halda qəbul edə bilərsiz
Marqarin
Mayonez, ketçup
Şirniyyat


Su isə artezian suyu olmalıdır. Krandan, marketdən və çaydandan yox. Suyun çox hissəsi səhər içilməlidir.
Suyun sxemi belədir: gündə 3 dəfə səhər yeməyi, günorta və axşam naharından 1 saat öncə 500 ml için. Su ilıq olmalıdır.


Əgər bu qaydalara əməl etsəz, yapon həkim söz verir ki, 2 il ərzində bədəniniz təmizlənəcək, enerjiniz yüksələcək, dərmanlardan azad olacaqsız, hətta genlərinizi belə sağlamlaşdırcaq və qorxulu xəstəliklərdə uzaq olacaqsız.Medicina.az
loading...


loading...
Muəllif: narmin  9-10-2019, 16:05   Baxılıb: 795   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.