Qeydiyyat    Giriş
Sayta giriş
» » Asanlıqla hazırlaya biləcəyiniz sağlamlıq eliksiri- Hər dərdə dəva
Sağlam ailə

Asanlıqla hazırlaya biləcəyiniz sağlamlıq eliksiri- Hər dərdə dəva



Asanlıqla hazırlaya biləcəyiniz sağlamlıq eliksiri- Hər dərdə dəva


Təzə şam ağacı qozaları qədim zamanlardan sinqa (diş əti xəstəliyi), vərəm, bronxit, soyuqdəymə, oynaqlar xəstəlikləri zamanı geniş istifadə olunurdu.

Soyuqdəymə, bronxit, vəzərəm zamanı təzə şam qozaları dəmlənilir və içilir. Oynaqlar xəstəlikləri zamanı dəmləmə həm içilir, həm də islatmalar şəklində istifadə olunur - dəmləmədə pambıq parça isladılır və xəstə oynağın üzərilə qoyulur.

Şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var. Bu maddələr insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Şam ağacı qozalarının bu nadir xüsusiyyətini Amerika alimləri aşkar ediblər. İnsult zamanı və insultdan sonra insanın beynində hüceyrələr çox sürətlə ölür ki, bu da müxtəlif və çox ciddi pozulmalara səbəb olur. Belə ki, statistikaya görə, insult keçirmiş insanların 1/3 hissəsi ölür, 1/3 hissəsi əlil qalır və ətrafdakıların daimi köməyinə möhtac olur, digərlərində müxtəlif nitq, yaddaş və s. ciddi pozulmalar inkişaf edir.

Dəmləmə
Şam ağacı qozasından dəmləmə hazırlamaq üçün 5 təzə qoza götürülür, yaxşı yuyulur, doqranilir, üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 5 dəqiqə ərzində qızdırılır. Dəmləməni soyudun və gün ərzində 2 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin.

Eliksir
Şam ağacının yaşıl şişqozaları hipertoniya vaxtı (yanında) təzyiqi normallaşdırmağa, həmçinin qastritin öhdəsindən gəlməyə kömək edəcəklər. Həcminə görə xırdalanmış qozaların 1 hissəsinə 10 hissə- 400 araq tökmək, sərin yerdə, 1 həftə saxlamaq lazımdır. 1 x-rək qaşığı, gündə 3 dəfə acqarnına qəbul edin.

Şam qozasının mürəbbəsi
Qeyd edək ki, şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.

Qozalar təmiz yuyulur, dörd yerə bölünür.

Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.

Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.

Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.


loading...


loading...
Muəllif: narmin  20-04-2019, 09:32   Baxılıb: 624   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.