Qeydiyyat    Giriş
Sayta giriş
» » Sarıköklə dərinizi gözəlləşdirin - Möhtəşəm RESEPT
Sağlam ailə / Kosmetologiya

Sarıköklə dərinizi gözəlləşdirin - Möhtəşəm RESEPT



 
 Sarıkök ədviyyat olmaqla bərabər, həm də xalq təbabətində və kosmetologiyada yer alıb. Orqanizm üçün təbii kimyaterapiya kimi istifadə etmək olar. Sən demə, sarıkök həm də cavanlaşdırma funksiyasını da yerinə yetirir. Həmçinin, dəriyə antibakteriyal təsir edir. Üzdəki sızanaqların da qarşısını alır. Kişilərdə təraşdan sonra üz səpkisini və qıcıqların aradan qalxmasına kömək edir.

Sarıkök maskası üz dərisini zəngin , aktiv maddələri ilə qidalandırır.

Tərkibindəki efir yağı dərinin qıcıqlanmasının qarşısını alır və antiseptik təsir edir.

Piridoksin ( B6 vitamini) dəriyə ilthab əleyhinə təsir edir.

Fol turşusu ( B9 vitamini) müxtəlif xarici təsirlərə mənfi təsir edir.

Askorbin ( C vitamin) turşusu dərini cavanlaşdırır və antiseptik təsir edir.

Filloxinon (K vitamin) dəriylə mübarizə aparır və iltihablanmanın qarşısını alır.

Neasiyan (PPvitamini) dərinin hüceyrlərini bərpa edir.

Xolin dərinin piy vəzlərini normallaşdırır və dərinin effektliyini artırır.

Bu qədər xeyirlərinə baxmayaraq, maska edərkən yalnız son dərəcə ehtiyatlı olmaq lazımıdr. Çünki sarıkökün tərkibində kurkumin adlı boyaq maddəsi də də vardır.

Bu maska dəridən sızanaqların və qara nöqtələrin azalmasını, elastikliyini və yağlılığını qoruyur.

İstifadəsi:

1ç.q sarıkök , 1 x.q quru süd su ilə qarışıdırb üzə yaxmaq dərini yumşaldır.
¼ ç.q sarıkök, 1 x.q mavi gil su əlavə edib qarışdırmaq dərini cavanlaşdırır.
1\4 ç.q sarıkök, 0.5ç.q səndəl ağacının tozu, 2x.q yağsız kəsmiklə qarışdırıb üzə yaxmaq qara nöqtələrdən xilas edir. Yaxud 0.5ç.q sarıkök, 1x.q yulaf unu, su əlavə edib qarışdırlır.
1\4 ç.q sarıkök, 1ç.q bal. yağlı kefir yaxud 2x.q yoqurt əlavə edilib qarışıdırlır.
1ç.q sarıkök, 1x.q noxud unu və 2 x.q qaymaq qarışdırıb üzə yaxmaq dərini təmizləyir.
1\4 ç.q sarıkök, limon suyu, zəfəran tozu, ərik yağı 0.5ç.q , qliserin və kəsmik 0.5ç.q, bal və aloye şirəsi 2ç.q, turp şirəsi 1x.q, yerkökü şirəsi 2x.q əlavə olunur, qarışdırılır və üzə yaxılır. 
1\4 ç.q sarıkök, 100ml su, çay ağacının efir yağı 8 damcı. Qarışdırılır üzə yaxlır. 20dəqiqə sonra yuyulur.



loading...
Müəllif: narmin  19-02-2016, 20:00   Baxılıb: 2 160   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.