Qeydiyyat    Giriş
Sayta giriş
» » Həftədə 2-3 dəfə yeməlisiniz
Sağlam ailə

Həftədə 2-3 dəfə yeməlisiniz



 

 
Qış tərəvəzləri piştaxtalarda müxtəlif, rəngarəng görüntüləri ilə iştah açır. Onlardan biri də gül kələmidir. Əgər gül kələminin faydalarını bilsəniz, mütləq süfrələrinizdə yer verərsiniz. Gül kələminin saysız-hesabsız faydalarına laqeyd yanaşmamağı məsləhət görürük. Lakin bununla yanaşı qeyd edilməlidir ki, gül kələmini həddən çox yemək də düzgün deyil. Çünki qaz, köp və həzm problemlərinə səbəb olur. Gül kələminin ən ideal yemək forması həftədə 2-3 dəfə süfrənizdə yer verməkdir. 

Vitamin və mineral deposu olan bu tərəvəz indol-3 karbonal və sulfaran tərkibi bədəndə stressi azaldaraq bir çox xərçəng növünə qarşı qoruyucu xüsusiyyətə malikdir.

Diabetə qarşı təsirli

Müasir dövrün ən çox yayılan xəstəliklərindən biri də diabetdir. Diabet xəstələrinin sayı günü-gündən artır. Gül kələminin yüksək lif tərkibli olması qan şəkərini nizama salmağa kömək olur.

Ürək dostu

Bu möcüzəvi bitki tərkibindəki potasiumla qan təzyiqini nizamlayır, antioksidanlar və antiinflamatuar təsir göstərən təsirli maddələrlə ürək-damar xəstəliklərinə yaxalanma riskini azaldır.

Zehni rahatladır

Stresli və gərgin iş tempi olan insanların həyatı bədən və zehin yorğunluğu ilə nəticələnir. Bu halda A, C, B vitaminləri, eləcə də kalsium, potasium, fosfor, fosfat və dəmirlə zəngin olan gül kələmi zehni rahatladır, sinir sistemini gücləndirir.

Hamiləlik zamanı körpənin inkişafına təsir edir

Hamiləlik dövründə süfrədə xüsusən yer verilməli olan gül kələmi fol turşusu baxımından da zəngindir. Ana bətnində körpənin sağlam böyüməsi və inkişafına qatqısı var.

Pəhriz dostu

Gül kələmi aşağı kalorili və bol lifli bir qida olduğundan pəhriz zamanı ən çox yeyilən tərəvəzlər sırasında yer alır. Uzun müddət toxluq hissi yaratdığı kimi, həm də sürətlə artıq çəkidən azad olmağa kömək edir. 100 qram gül kələmi 30 kaloridir. Məhz aşağı kalorili olmağı ilə yanaşı, orqanizmin ehtiyacı olan C vitamini, potasium kimi yüksək vitamin və mineral tərkiblidir. 

Qəbzliklə mübarizə edir

Yüksək lifli quruluşu qəbzliklə mübarizədə dərman kimi təsir edir. Bu təsirindən yararlanmaq üçün mütləq həftədə 2-3 dəfə süfrələrdə yer almalıdır. Lifli quruluşu sayəsində bağırsaq hərəkətlərini nizama salaraq xroniki qəbzliyin zəmin hazırladığı qalın bağırsaq xərçəngi riskini də aşağı salır.

Sümükləri gücləndirir

Kalsium deposu olan gül kələmi K vitamini baxımından son dərəcə zəngindir. Sümük sağlamlığı və inkişafı üçün böyük qatqısı var.

Detoks təsiri

Qaraciyər, böyrəklər və bağırsaq olmaqla 3 yolla orqanizmin toksinlərdən təmizlənməsini təmin edərək detoks təsiri göstərir. Tərkibindəki maddələr xoraya qarşı da qoruyucu təsirə malikdir. Gül kələmi yeyəndən sonra həzm və qaz şikayəti olanlar cirə əlavə edərək yeyərlərsə, bu təsirini azalda bilərlər.

İnfeksiyalara qarşı qoruyur

İnfeksiyalara qarşı qoruyucu xüsusiyyəti olan gül kələminə süfrələrdə yer verilməsi vacibdir. Qış fəslinin şəfa deposu olan gül kələminin yarpaqları da bol E vitamini tərkiblidir. Buxarda bişirərək yesəniz, vitamin-mineral və təsirli maddə itkilərini minimuma endirərək, gül kələmindən yüksək faydalana bilərsiniz. Bir çox faydası olan gül kələmindən yalnız podaqra xəstəliyi olanlar məhdud faydalana bilərlər.


loading...
Müəllif: Nermine Mahmudova  16-02-2016, 22:00   Baxılıb: 1 894   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.