Qeydiyyat    Giriş
Sayta giriş
» » Endometrioz qadınların “baş bəlası” – Sonsuzluğun səbəbidir
Sağlam ailə

Endometrioz qadınların “baş bəlası” – Sonsuzluğun səbəbidir



Endometrioz qadınların “baş bəlası” – Sonsuzluğun səbəbidir
Uşaqlığın içərisində olan, hər ay hamiləliyi gözləyəcək şəkildə hazırlanan və hamiləlik baş vermədiyi zaman yetəri qədər hormon ifrazının olmaması səbəbindən menstruasiya (aybaşı) qanaması şəklində xaric olan xüsusi hüceyrə təbəqəsi "endometrium" olaraq adlandırılır.
Bu hüceyrə təbəqəsi bədəndə yalnız uşaqlıq içərisində olur. Bu hüceyrələrin uşaqlıq daxilindən kənarda bədənin hər hansı bir yerində olması "endometrioz" xəstəliyi adlanır.
Bu hala ən çox yumurtalıqlarda, uşaqlıqarxası boşluqda (Duqlas boşluğunda), uşaqlıq yolu (vagina) ilə düz bağırsaq arasında, nazik və ya yoğun bağırsaqların üzərində, boruların üzərində və ya ətrafında, uşaqlığın bağlarının və sidik kisəsinin üzərində, periton üzərində, nadir hallarda isə öncədən keçirilmiş cərrahi əməliyyatdan sonrakı yarada (dərialtı, əzələ, fassiya) və döş boşluğu orqanları üzərində rast gəlinir.
Endometrioz ocaqlarında bir menstrual sikl müddətində hormonların səbəb olduğu dəyişikliklər eyni qayda ilə baş vermiş olub mens vaxtı qanama müşahidə olunur. Qarın boşluğunda qanamanı məhdudlaşdırmaq məqsədilə iltihab hüceyrələri endometrioz ocaqlarını əhatəyə alaraq bu nahiyədə bir iltihab prosesinin başlanmasına səbəb olur. Hər "sağalma” mərhələsinin sonunda ətraf toxumalarda bitişmələr əmələ gəlir və hər menstrual siklda bu hal təkrarlanaraq dövrü olaraq davam edir.
Endometrioz - borularda yumurtahüceyrənin ötürülməsindən ovulyasiya funksiyasının pozulmasına, mayalanmış embrionun uşaqlıq içərisində yerləşməsinin qarşısını alınmasınadək bir çox müxtəlif təsirlərlə sonsuzluğa səbəb ola bilər. Qadınlarda sonsuzluqdan savayı ağrılı cinsi əlaqə (disparoniya), ağrılı aybaşı (dismenoreya) və xroniki qasıq ağrıları (pelvik ağrılar) endometrioz səbəbindən baş verir.

Endometrioz ocaqları yumurtalıq içərisində yerləşərsə, hər ay hormonların təsirindən uşaqlıq daxilindəkinə bənzəyən qanaxmaya səbəb olduğundan "endometrioma” və ya "şokolad kistası” adlanan yumurtalıq kistlərinin yaranmasına səbəb olur.
Endometrioz hər kəsdə fərqli dərəcədə təzahür edər. Beləki, bəzilərində bir növ "xərçəng xəstəliyi” kimi bütün genital orqanlara, bağırsaqlara və digər qarın boşluğu orqanlarına sirayət etdiyi halda, digərlərində isə kiçik bir kista və ya cüzi ocaqlar şəklində özünü göstərir. Kimdə nə cür olacağını öncədən bilmək olmur.
Çox şiddətli və yayılmış endometrioz xəstəsində ciddi simptomların təzahür etmədiyi bir halda, çox cüzi xəstəlik halında dözülməz və şiddətli ola bilər.
Endometrioz təxmin ediləndən daha çox müşahidə olunan xəstəlikdir.
Bütün qadınların 3-5%-də, sonsuzluq problemi ilə üzləşən cütlərin 40%-də endometrioz aşkar olunur.
Endometriozun hər hansı bir genetik səbəbdən olmaması ilə yanaşı olaraq ailədəki qadınların çoxsunda müşahidə olunması diqqət çəkici amildir.

Endometrioz niyə əmələ gəlir?
Endometrioz xəstəliyinə səbəb olan amillərin dəqiq bilinməməsilə yanaşı, bunu izah etməyə yönəlmiş müxtəlif nəzəriyələr mövcuddur. Bunlar arasında ən çox qəbul olunan - genetik meylliyi olan qadınlarda qarın boşluğundakı müəyyən səthlərdə və ya toxumalarda hüceyrələrin dəyişikliyə uğraması, endometrium toxumasının menstruasiya zamanı borular vasitəsilə qarın boşluğuna keçməklə bu dəyişikliyi asanlaşdıraraq ilə yeni endometrioz ocaqlarının əmələ gətirməsi nəzəriyəsidir.
Bundan başqa immunoloji mənşəli olaraq qadın orqanizminin müqavimətinin zəif olmasının da endometriozisə səbəb ola biləcəyi irəli sürülür.

Diaqnoz necə qoyulur?
Qadında endometrioz şübhəsi yaradan ən vacib şikayətlər - Ağrılı cinsi əlaqə (disparoniya), Ağrılı aybaşı (dismenoreya) və sonsuzluq şikayətləridir.
Xüsusilə menstruasiyanın başladığı yaşlardan daha sonra ortaya çıxan və zaman içərisində artan aybaşı ağrıları endometrioz mövzusunda xəbərdar edicidir.
Müayinə ilə endometrioz diaqnozunun qoyulması çox çətindir. Vagina ilə düz bağırsaq arasındakı toxumalarda endometrioz ocaqlarının aşkar olunması şiddətli bir xəstəliyin olması haqqında düşündürür.

TƏKCƏ USM İLƏ ENDOMETRİOZ DİAQNOZU QOYULA BİLMƏZ!!!
Bu üsulla yalnız endometrioza bağlı inkişaf etmiş yumurtalıq kisti olan "endometrioma” (şolokolad kisti) görülə bilər.
Ən dəqiq ENDOMETRİOZ diaqnozu ancaq LAPARASKOPİYA ilə birbaşa gözlə görülməklə qoyulur.

Endometrioma (Şokolad kistləri)
Şokolad kistləri, endometrium toxumasının yumurtalıqlarda yerləşməsi və hər ay menstruasiya zamanı qanayaraq kistləşməsi nəticəsində əmələ gəlir. Hər aybaşı zamanı qanayan kist içərisində uzun müddət qalan qan zamanla laxtalanıb əriyərək, şokoladın rəngini və konsistensiyasını əldə edir. Bu səbəblə bu kistler "şokolad kistləri" olaraq adlanır.
Şokolad kistləri "endometrioz” xəstəliyinin şiddətli olduğunu göstərək, əsasən ətraf toxumalarla bitişmiş olur.USM ilə yumurtalıq içərisində qatı möhtəviyyatlı, qranullu kistlərin görülməsi ilə diaqnoz qoyulur.
Endometriomaların differensial diaqnostikasında yumurtalıqlardan inkişaf edən mussinoz xərçəng önəmli yer tutur.

Müalicəsi
Endometriomaların müalicəsi cərrahi əməliyyatla kistlərin çıxarılmasıdır. Bu cərrahi əməliyyatlar üçün əsasən laparaskopik üsullar təqbiq olunur. Şokolad kisti çıxarılan xəstələrin 50%-i 6 ay içərisində müalicəyə ehtiyacı olmadan hamilə qala bilər. 4 sm-dən kiçik kistlər isə nəzarətdə saxlanıla bilər və ya xüsusi dərman preparatları ilə müalicəyə cəhd edilə bilər.

Endometriozla sonsuzluğun əlaqəsi
Şiddətli endometrioz zamanı genital organlar arasındakı anatomik əlaqələrin pozulması və bitişmələr səbəbindən borularda əmələ gələn tıxanmaların sonsuzluğa yol açdığı şübhə doğurmur. Lakin minimal və ya orta dərəcəli endometriozun nə dərəcədə və hansı yolla sonsuzluğa səbəb oomasl mübahisə mövzusudur. Mütləq olan bir gerçək vardır ki, o da endometriozun bir çox sonsuzluq hallarına müşayət etməsidir.


Endometriozun Cərrahi müalicəsi
Xəstəliyin ciddiyəti qadının sonsuzluq anamezi, hamiləlik istəyi, yaşı cərrahi müalicənin növünü və ağırlığını müəyyən edər. Çox təəssüf ki, uşaqlığın çıxarılması belə 30% hallarda ağrının tam aradan qalxmasına səbəb olmur.
Boru-yumurtalıq əlaqəsi pozulmuş xəstələrədə ilk cərrahiyyə nisbətən uğurlu olsa da, sonrakı müdaxilələr sonsuzluq müalicəsində qeyri-effektivdir.
Laparoskopiya ilə icra olunan ən yayılmış cərrahi prosedurlar; yumurtalıq-boru-uşaqlığı əhatə edən bitişmələrin kəsilməsi, endometrioz ocaqlarının yandırılması, kistlərin çıxarılmasıdır.
Laparoskopiya ilə uşaqlığı arxadan asan "uterosakral sinirin yandırılması və kəsilməsi (LUNA)" proseduru, ağrını, xüsusilə aybaşı zamanı müşahidə olunan ağrının azaldılmasında olduqca faydalıdır və bu cür şikayətlərlə müraciət edənlərin 85%-də yaxşılaşma əldə olunur.
Daha şiddətli ağrılarda isə "presakral neyroektomiya" dediyimiz prosedurla bu nahiyəyə gələn sinirlər kəsilir.
Yumurtalıqdakı endometriomalar mütləq kapsulasıyla soyularaq çıxartılmalıdır. Əks-təqdirdə çox qısa bir müddət ərzində eyni yerdə kistin təkrarlanmasının şahidi olacaqsınız. Kistin kapsulası tam çıxarıla bilinmədiyi hallarda qalan hissələr yandırılmalıdır.

loading...
Müəllif: narmin2  24-09-2018, 09:46   Baxılıb: 132   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.