Qeydiyyat    Giriş
Sayta giriş
» » Prostat vəzin adenoması – Kişilərin yuxusunu ərşə çəkən problemin müalicəsi barədə məşhur uroloqdan məsləhətlər
Sağlam ailə

Prostat vəzin adenoması – Kişilərin yuxusunu ərşə çəkən problemin müalicəsi barədə məşhur uroloqdan məsləhətlər



Prostat vəzin adenoması – Kişilərin yuxusunu ərşə çəkən problemin müalicəsi barədə məşhur uroloqdan məsləhətlər
Prostat, 20-25 qr çəkisi olan, düz bağırsağın önündə, sidik kisəsnin altında yerləşən kişilərin ikincili cinsi vəzisidir. Prostat vəzidən həm uretra (sidik kanalı), həm də toxumçıxarıcı kanal (spermanı çölə daşıyan kanal) keçir.

Bundan əlavə prostat vəzidə hazırlanan şirə isə spermaya qarışaraq onun həcmini artırır (xaric olan spermanın 30-35%-i prostat şirəsidir) və qadın cinsiyyət yollarında hərəkətini asanlaşdırır.

Digər əsas funksiyası isə sidik ifrazını həyata keçirməkdir. Yaş artdıqca prostat vəzi böyüyür və nəticədə sidik ifrazının funksiyaların pozulmasına səbəb olur.
Prostat vəz adenomasının yaranması və müalicəsi barədə ətraflı məlumat verən tanınmış uroloq-androloq Seymur Mehtiyev Azərbaycanda bu xəstəliyin geniş yayıldığını bildirdi:



"50 yaşdan sonra kişilərin 50%-də olduğu halda, 90 yaşda bu rəqəm 100%-çatır. Avropa və Amerikada aparılmış araşdırmalar 60 yaşdan sonra kişilərin 65%-də sidik ifrazının pozulduğunu müəyyən ediblər. 40 yaşdan sonra kişilərin 10%-də mikroskopik olaraq prostat böyüməsi başlayır. 80 yaşa qədər hər 3 kişidən biri prostat böyüməsi ilə əlaqədar cərrahi müalicə alır. Həqiqətən də prostat əməliyatı bütün dünyada kataraktadan (göz əməliyatı) sonra ən çox olunan ikinci əməliyatdır.Prostatın bu böyüməsi xoş xassəlidir, bunu prostat xərçəngi ilə qarışdırmamaq lazımdır.

Prostat böyüməsi əsasən prostat hüceyrələrinin böyüməsi hesabına deyil, hüceyrə sayının normal artması (hiperplaziya) hesabına olur. Yaş artdıqca periuretral (uretra-sidik kanalı) vəzilərdə böyümə artır,nəticədə böyümüş vəzilər həqiqi prostat toxumasını kənarlara doğru - düz bağırsağa və sidik kisəsinə, əsasən sidik kisəsinin boynuna doğru sıxır. Nəticədə sidik kisəsinin boynunu daraldaraq, uretra (sidik kanalı), sidik kisəsi, sidik axarları və böyrəklərdə patoloji dəyişikliklərə səbəb olur. Daha sonra isə sidik kisəsinin boynu daraldığı üçün orada daş yaranmasına və böyrəklərin böyüməsinə şərait yaradır.

Prostat böyüdükcə sidik kisəsi boynunu daraltdığı üçün bu kişilərin sidik ifrazı çətinləşir, hətta sidiyə çıxmamaq kimi hallarla rastlaşırlar. Nəticədə böyrək funksiyası önəmli dərəcədə azalaraq, böyrəklərin normal fəaliyyətini çətinləşdirir.

Prostat böyüməsinə nələr səbəb olur?

Prostat böyüməsi yaşla əlaqədar olaraq böyüyür, əsasən 50 yaşdan sonra başlayır. Bundan əlavə yaş artdıqca kişələrdə olan hormonal dəyişikliklər (estrogen və testosteron) böyüməyə səbəb olan ikinci faktor sayılır.

Əlamətləri hansılardır?

Prostat adenoması (böyüməsi) olan xəstələr bizə əsasən gecələr tez-tez sidiyə qalxmaq, nazik və kəsik-kəsik işəmə, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması, sidiyə çıxdıqdan sonra sidik kisəsində qalıq sidiyin olması hissiyyatı, tez-tez sidiyə çıxmaq, sidik saxlamamazlıq (tualet’ çatmadan və ya damcı şəklində) ya da heç sidiyə çıxa bilməmək kimi şikayətlərlə müraciət edirlər. Normal halda gecələr sidiyə qalxmazlar, yalnız prostat böyüdüyü halda bunu görürük.
loading...


loading...
Muəllif: narmin2  24-09-2018, 09:37   Baxılıb: 326   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.