Qeydiyyat    Giriş
Sayta giriş
» » Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər
Sağlam ailə

Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər



Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər
Rusiya mətbuatına istinadla xəbər veririk ki, mütəxəssislərin fikrincə, bu il “İspan qripi”nin yenidən bəşəriyyətin bəlasına çevrilmə ehtimalı var. 1918-1919-cu illərdə bəşəriyyət tarixində ən kütləvi hal alan “İspan qripi”nə həmin dövrdə 550 milyon (planetin 29, 5 faizi) insan yoluxmuşdu. Qripin qurbanlarının konkret sayı məlum olmasa da, bəzi mənbələrə görə, 50-100 milyon insan ispan qripindən dünyasını dəyişib.

"Qrip tamamilə yox olmayıb. Və bu həqiqətən təhlükəlidir" – deyə həkim Fari Əhməd bildirib.

Epidemiya başlayanda insanlar dərhal başa düşəcək ki, nə baş verir. Əlbəttə ki, tibb və ümumi yaşam tərzi XX əsrlə müqayisədə xeyli dəyişib, inkişaf edib. Ancaq virus hazırkı dövrdə də ciddi fəsadlara səbəb ola bilər.

Alimlər "İspan qripi"nin haradan gəldiyini müəyyən edə bilmirlər. Ancaq onun barəsində ilk dəfə İspaniya KİV-lərində yazıldığı üçün xəstəlik “İspan qripi” adlandırlıb. Pandemiya onlarla Avropa ölkələrində, Afrika, Asiya, hər iki Amerika və Avstraliyada yayılmışdı.

İndi isə ekspertlərin fikrincə yeni virusun ölümcül təhlükəli mutasiyaya uğramış halı özünü göstərə bilər.

"Qrip hələ də çətin nəzarət edilən və sürətlə yayılan qatil olaraq qalır" – deyə Qlobal Sağlamlıq Şurasının sədri doktor Conatan Kuik deyib.
loading...


loading...
Muəllif: narmin2  22-09-2018, 21:22   Baxılıb: 305   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.