Qeydiyyat    Giriş
Sayta giriş
» » Corabı çıxaranda ayağınızda iz qalırsa... - TƏHLÜKƏNİN YAXINLAŞDIĞINI GÖSTƏRƏN 8 ƏLAMƏT
Sağlam ailə

Corabı çıxaranda ayağınızda iz qalırsa... - TƏHLÜKƏNİN YAXINLAŞDIĞINI GÖSTƏRƏN 8 ƏLAMƏT



Corabı çıxaranda ayağınızda iz qalırsa... - TƏHLÜKƏNİN YAXINLAŞDIĞINI GÖSTƏRƏN 8 ƏLAMƏT
Ürək xəstəlikləri dünyada insan ölümlərinin ən başlıca səbəbidir. Araşdırmalara görə, hər il 610 min nəfər ürək xəstəlikləri ilə bağlı problemlə qarşılaşır. Erkən diaqnoz ilə ürək problemlərindən xəsarət almadan qurtulmaq istəyirsinizsə, bəzi əlamətlərə diqqət etməyiniz kifayətdir.

SaqlamHeyat.az medicina.az-a istinadla xəbər verir ki, ürək fəaliyyətinizin normal olmadığını göstərən 8 əlaməti təqdim edir:


Qollara yayılan ağrı

Ürək xəstəliklərini göstərən ən vacib siqnallardan biri qola yayılan ağrılardır. Qol ağrısı kişilərdə sol nahiyədə, qadınlarda isə hər iki tərəfdə müşahidə olunur. Qadınların bəzi vaxtlar qollarında hiss etdiyi ağrılar sinir sistemi ilə əlaqəli olduğundan, düzgün diaqnoz üçün mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.


Şiddətli öskürək

Bir çox müxtəlif xəstəliklərin əlaməti olan şiddətli öskürək xüsusilə çəhrayı bəlğəmlə müşayiət edildikdə ürək çatışmazlığına işarədir.


Ayaqlarda və qıçlarda şişkinlik

Qıç, ayaq və topuqlarda səbəbi olmayan şişliklər yarana bilər. Ürəyə qan yaxşı getməzsə, qan damarlarındakı mayenin toxumalara sızması ilə şişkinlik ortaya çıxır. Buna görə də həmin şəxs həkim müayinəsindən keçməsi vacibdir. Xüsusən corab geyindikdə boğazındakı rezin sizi narahat edirsə və çıxardıqda ayaqlarda izlər qalırsa, mütləq həkimə gedin.



Mədə bulantısı və iştahasızlıq

Ürək problemləri bəzən mədə bulantısına və iştahsızlığa səbəb ola bilər. Bu əlamətlər əsasən qarın ağrısı ilə müşayiət olunur. Bu simptomların hamısı sizdə varsa, həkimə getməyiniz məsləhətdir.



Həddən çox fikirli olmaq

Araşdırmalara görə, həyatının müəyyən dövrlərində fikirli-fikirli gəzən şəxslər ürək xəstəliklərinə meyillidirlər. Fikirli olmağınız bir çox xəstəliyin göstəricisi, yaxud səbəbi ola bilər.



Ürəkgetmə

Ürək problemləri arasında ən sıx rastlanan simptom ürəkgetmədir. Bunun səbəbləri ürəyin qanı yaxşı pompalamaması və damarlarda tıxanmadır.



Dəridə göyərmə

Qan axımının azalması, yaxud qanın kifayət qədər pompalanmaması nəticəsində yaranan bu simptom tez-tez rast gəlinən əlamət deyil. Göyərmə bədəninizin bütün üzvlərində ola bilər.


Dəri problemi

Araşdırmalara görə, ekzema xəstələrinin 48 faizi gələcəkdə yüksək təzyiq, 29 faizi isə yüksək xolesteroldan əziyyət çəkir. Bu isə onların ürək problemləri ilə qarşılaşacağının ilkin göstəricisidir.

loading...
Müəllif: narmin2  22-09-2018, 10:07   Baxılıb: 503   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.