Qeydiyyat    Giriş
Sayta giriş
» » Qaraciyər piylənməsindən artıq hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Bunun üçün nə etməli.
Sağlam ailə

Qaraciyər piylənməsindən artıq hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Bunun üçün nə etməli.



Qaraciyər piylənməsi varsa nə etməli?

1. Gündəlik rasiondan siqaret və alkoqol çıxarılmalı, yağlı yeməklər, kimyəvi dərmanlar, rafinə olunmuş ərzaqlar azaldılmalıdır.

2. Hər gün 2 saat açıq havada iti addımlarla gəzməli, bol su içməli, çay və qəhvədən az istifadə olunmalı, acmadan yeməməli, doymadan süfrədən durmalı, bol-bol göyərti yeyilməlidir.

3. İstifadə olunan yağlar zeytun yağı və təmiz kərə yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

Müalicə

1. 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi və bir çimdik zəncəfil 1 stəkan çiy suya qarışdırılır, gündə 2 dəfə yeməkdən əvvəl içilir.

2. Zəncəfil – 100 qram

Alaqanqal toxumu – 100 qram

Sarıkök – 100 qram

Zeytun yarpağı – 100 qram

Solmazçiçəyi – 100 qram

Bu bitkiləri qarışdırıb, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənməli, sonra süzülüb termosa tökülməli və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilməlidir.

Bundan başqa adi qara çay yaşıl çayla əvəz olunmalı, balqabaq, kök, kərəviz, cəfəri şirələri növbələşdirilərək gündə 2 stəkan içilməlidir. Qaraciyər üçün faydalı olan şirələrdən biri də belə hazırlanır: buğda cücərəndən sonra yaşıl hissəsi kəsilərək stəkana tökülür, üstünə su əlavə olunub blenderlə qarışdırılır, alınan şirədən hər gün 2 stəkan yeməkdən əvvəl içilir.

Xəstənin ağırlaşmaması və şəkər xəstəliyinə tutulmaması üçün zeytun meyvəsi, zeytun yarpağı, alma sirkəsi, güldəfnə, çörəkotu və qaragilədən hazırlanmış “Sağlamlıq eliksiri”ndən gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içmək lazımdır.
loading...


loading...
Muəllif: narmin0  5-09-2018, 17:44   Baxılıb: 468   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.