Qeydiyyat    Giriş
Sayta giriş
» » Qurd xəstəliyindən əzab çəkirsinizsə ən sınanmış təbii qurdqovucu vasitələr bunlardır. RESEPTLƏR
Sağlam ailə

Qurd xəstəliyindən əzab çəkirsinizsə ən sınanmış təbii qurdqovucu vasitələr bunlardır. RESEPTLƏR



Qurd xəstəliyindən əzab çəkirsinizsə ən sınanmış təbii qurdqovucu vasitələr bunlardır. RESEPTLƏR
Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.


Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.


Xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:


- Sarımsaq südlə.


2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar su tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu - 1 həftə.


- Yovşan dəmləməsi


1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur. Müalicə kursu - 1 həftə.


- Nar qabığı dəmləməsi


1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu - 5 gün.


- Qırmızı soğan


Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.


- Küncüt yağı


Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün.


- Balqabaq tumları


Bu çox tanınmış qurdqovucu vasitədir. Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.


- Yerkökü şirəsi


Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.


- Noxud


Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.


Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
loading...


loading...
Muəllif: narmin0  18-04-2019, 12:40   Baxılıb: 1 030   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.