Qeydiyyat    Giriş
Sayta giriş
» » Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir
Çàãðóçêà...
Sağlam ailə

Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir



Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir
Bədən ilk növbədə həyati əhəmiyyət kəsb edən orqanlara istilik göndərir. Bu halda barmaqlar bir az soyuq qalır.
Ancaq digər hallarda bir çox sağlamlıq problemləri barmaqların davamlı olaraq soyuq qalmasına səbəb ola bilər.
Bu problemlər arasında:
Reyno xəstəliyi
Bu xəstəlik əllərdə, barmaqlarda, qulaq və burun qan dövranının pozulması nəticəsində ortaya çıxır. Qan dövranının azalmasıyla barmaq ucları əvvəlcə ağ rəng alır. Ağ olan hissələr gün keçdikcə qızarıb yanmağa başlayır.
Autoimmun pozuntusu
Autoimmun pozuntusu immunitet sisteminin əks fəaliyyəti nəticəsində sağlam hüceyrələrə hücum vəziyyətinə deyilir. İmmunitet sistemi bədənin normal komponentlərini özününkü hesab etməyərək, toxumalara və ya orqanlara hücum edir. Bunun nəticəsində isə iltihablanma və autoimmun pozuntusu ortaya çıxır.
Tiroid xəstəliyi
Tiroid vəzinin kifayət qədər hormon istehsal etməməsi nəticəsində ortaya çıxan xəstəlikdir. Yod çatışmazlığı bu xəstəliyin ən əhəmiyyətli səbəblərindən biridir. Tiroid vəzi az fəaliyyət göstərdikdə hipofiz TSH-ın qana verilməsi artır. Bədən toxumaları üçün lazımlı miqdarda tiroid hormonu ifraz etmir. Bunun nəticəsində hipotireoz meydana gəlir. Toxumalara kifayət qədər qanın çata bilməməsinin digər səbəbi də budur.
Anemiya xəstəliyi
Qanda qırmızı qan hüceyrələri olur. Bu qan hüceyrələrinin içərisində bədənə oksigen daşınmasını təmin edən hemoqlobin var. Hemoqlobin aşağı düşdükdə qanazlığı problemi yaranır. Soyuq əl və barmaqlarla yanaşı baş gicəllənməsi, nəfəs darlığı, göz qaralması kimi bir çox əlamətlər də müşahidə edilə bilər.
B12 çatışmazlığı
B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. B12 ən çox ev heyvanları, ət, yumurta və süddə olur. B12 vitamini olmadıqda qan hüceyrələrinin istehsalı azalır və hüceyrələr keyfiyyətsizləşir. Bunun nəticəsində toxumalara kifayət qədər qan getmir və əl-ayaq üşüməyə başlayır.
Aile.lent.az

loading...
Müəllif: narmin2  17-08-2018, 21:11   Baxılıb: 470   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...