Qeydiyyat    Giriş
Sayta giriş
» » Meyvə qabığı ilə gözəlləşin!
Sağlam ailə / Gözəllik

Meyvə qabığı ilə gözəlləşin!



 

Bəzi meyvələrin qabığı onun özündən daha faydalıdır. Məsələn, stress, siqaret aludəçiliyi və yuxusuzluq kimi səbəblərdən dəridə meydana gələn problemləri aradan qaldıra, saçlarınıza qulluq göstərə bilərsiniz.

Banan qabığı sızanaqların düşmənidir

Dəymiş bananın qabığı dərini ağardır. Həmçinin, sızanaqların azalmasına səbəb olur. Bananı yeməzdən öncə qabıqlarını yaxşıca yuyun. Onları qaynayan suyun içinə töküb 10 dəqiqə bişirin. Daha sonra əzib püre halına salın. Üzərinə bir neçə damcı ərik tumu yağı əlavə edin. Bu maska sızanaqlarla yanaşı, dərinin həddən artıq yağlanmasının da qarşısını alır. Banan qabığı ilə üzü 10 dəqiqə masaj etmək də effektlidir.

Portağal qabığı dərini bərpa edir

Portağal qabığını xırda-xırda doğrayıb ilıq suya tökün. Bir gecə suda saxlayın. Daha sonra bu suyu süzüb onunla üzünüzü yuyun və qurumağını gözləyin. Üz dərisi quruduqdan sonra bir neçə damcı nar tumu yağı ilə dərinizi masaj edin. Portağal qabığı ölü dəri hüceyrələrini təmizləyir, dərini bərpa edir.

Alma qabığı saç tökülməsinin qarşısını alır

Alma qabığı saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni çıxan tüklərin sürətlə uzanmasını da təmin edir. Alma qabığını qaynar suyun içinə töküb 1 gecə saxlayın, daha sonra süzün. Şampunla yuduqdan sonra, həmin su ilə saçınızı durulayın. Yarım saat gözlədikdən sonra saçları adi su ilə təkrar yuyun.

loading...


loading...
Muəllif: narmin  11-02-2016, 15:00   Baxılıb: 2 382   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.