Qeydiyyat    Giriş
Sayta giriş
» » Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir
Sağlam ailə

Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir



Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir


Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər.

Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır. Ailem.az sizə arıqlamağın sirri kimi təqdim olunan cəfəri qarışımını diqqətinizə çatdırır.

Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.



Cəfəri qarışımı üçün lazım olanlar:

- 1 dəstə cəfəri

- 1 stəkan otaq temperaturunda olan su

- Yarım limonun suyu

Hazırlanması:

Cəfərini yaxşıca yuduqdan sonra mətbəx robotuna qoyun və limon suyunu əlavə edin. Cəfərilər xırda parçalar halına gəldikdə üzərinə suyu tökün. Bir az daha qarışdıraraq yeməklərdən əvvəl için.
loading...


loading...
Muəllif: narmin  18-12-2017, 18:20   Baxılıb: 502   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.