Qeydiyyat    Giriş
Sayta giriş
» » Qəbizlik problemini aradan qaldıran ŞƏFALI QARIŞIM
Sağlam ailə / Sağlam qidalanma

Qəbizlik problemini aradan qaldıran ŞƏFALI QARIŞIM



Qəbizlik problemini aradan qaldıran ŞƏFALI QARIŞIM


Əncirin insan sağlamlığına möcüzəvi faydaları var.

Bəs quru ənciri südün içərisində saxlayıb içdikdə faydasının iki qat artdığını bilirsinizmi? Lent.az əncirli südün şəfa olduğu xəstəliklər və istifadəsi haqqında məlumat verir.

Qəbizlik əleyhinə

Qaynayan südün içərisinə 3 və ya 4 ədəd quru əncir atın. Daha sonra vam odda əncirlərlə bərabər 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra əncirli süd qarışımını blenderdən keçirin. Əncirlər südün içində püre halına gəldikdə içə bilərsiniz. Bu qəbizlik problemini aradan qaldırmağa kömək edir.



Öskürək əleyhinə

Əncir sinəni yumşaltdığı üçün bronxit və öskürək kimi sağlıq problemlərində bəlğəmi təmizləyərək rahatladır. İki stəkan çiy südün içinə iki ədəd quru əncir doğrayıb qaynadın. İyirmi dəqiqə saxlayın və süzün. Gündə iki dəfə isti-isti için.

1-2 ədəd quru ənciri 2 çay qaşığı balla birlikdə isti suda qarışdırıb çay kimi də içə bilərsiniz. Bir neçə dəfə içdikdən sonra boğaz ağrınız dərmansız sağalacaq.

Süd içə bilməyən əncir yesin

Hər hansı bir səbəbdən süd içmirsinizsə, bu vəziyyəti dərd etməyin. Quru əncir meyvəsi də südün yerinə keçir. Əncirin tərkibində olan kalsium və fosfor sümük və diş sağlığını qoruyursunuz. Buna görə süd içməyən şəxslərə gündə 3 ədəd quru əncir yemək məsləhət görülür.
loading...


loading...
Muəllif: narmin  18-12-2017, 18:16   Baxılıb: 491   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.