Qeydiyyat    Giriş
Sayta giriş
» » Yuxumuz gəlir, amma yata bilmiriksə - .. Dəhşətli xəstəlikdən ilk xəbəri oxuyun
Sağlam ailə

Yuxumuz gəlir, amma yata bilmiriksə - .. Dəhşətli xəstəlikdən ilk xəbəri oxuyun



Yuxumuz gəlir, amma yata bilmiriksə - .. Dəhşətli xəstəlikdən ilk xəbəri oxuyun


Hər şeydən tez bezir, diqqətiniz tez-tez dağılır və zəkanızdan kifayət qədər istifadə edə bilmirsinizsə, deməli siz yuxu problemindən əziyyət çəkirsiniz.

Xüsusən də yay aylarında yuxusuzluq hər kəsin ortaq probleminə çevirilir. Bəziləri yuxusunun gəlməməsindən şikayətlənir, bəziləri də yuxusunun gəldiyi halda yuxuya gedə bilməməkdən.

Maraqlıdır, niyə məhz yay aylarında belə bir problemlə qarşılaşırıq?

Psixoloq Murad İsayev bildirdi ki, bu gün 3 insandan biri bu vəziyyətdədir:

"Yuxu psixoloji cəhətdən insanın rahat, sakit vəziyyət alması ilə aktiv formaya düşür. Normalda gün ərzində maksimum şəkildə stress, psixoloji yorğunluq və gərginliklərdən uzaq olduğumuz vaxtlarda yerimizdə uzanan zaman rahat yata bilirik.

Yay fəslində yuxu problemini havaların isti olması ilə də bağlaya bilərik. Eyni zamanda, bu problemi passiv istirahət tərzi ilə də əlaqələndirmək olar. İnsanlar yay fəslində istirahətlərini çox zaman passiv keçirir. Qeyri-normal yuxu vaxtları, sosial şəbəkədə daha çox vaxt keçirmək, televizor qarşısında çox oturmaq bu problemlərə səbəb olur. Normalda biz istirahət vaxtı olmayanda müəyyən qrafik üzrə hərəkət edirik. Yayda bu qrafikanı pozduğumuz üçün yuxu probelmi ilə qarşılaşırıq. Ümumiləşdirsək, yayda yuxu probleminin birinci səbəbi kimi istilərlə əlaqələndirmək olar. İkinci səbəb kimi passiv istirahət tərzini, üçüncünü isə rejimsizliklə bağlamaq olar".


Gec yuxuya getmək nə ilə bağlıdır?
Psixoloq bildirdi ki, normalda sağlam insan yerinə girən zaman bir saat ərzində yavaş-yavaş yuxuya gedir:

"Şüuraltı formada yuxuya gedən şəxs yuxunun müəyyən fazaları ilə dərinləşir. Bu zaman ərtrafdakı proseslərin analizi dayanır və 5 duyğu sistemi nisbətən aşağı səviyyəyə düşür. Ətrafda olan səsləri, görüntüləri hiss edə bilmir. Amma sinir sistemi oyaq olan bəzi nevroz və xroniki yorğunluqdan əziyyət çəkən şəxslər yuxuya gedə bilmədiyi üçün hər gün problem yaşayır. Hazırda cəmiyyətimizdə 3 insandan biri bu vəziyyətdədir. Həmin insanlar yatmaq üçün yerinə girən zaman bir saat ərzində yuxuya gedə bilmir. Onların yuxuya getməsi üçün 3, hətta 4 saat lazım olur. Amma problem yuxuya getdikdən sonra həllini tapmır. Bu cür insanlar çox həssas olduqları üçün cüzi bir səs, hətta otaq temperaturunun dəyişməsi belən onları oyada bilir. Bu, tamamilə həmin insanın nevroloji olaraq sinir sisteminin oyaq vəziyyətdə olması ilə bağlıdır. Həmin insanların müalicə götürməsi vacibdir. İnsan 3-4 gün ərzində gecə yuxusunu tam olmazsa, səhəri gün daha yorgun olur. Bu da təbii ki, həmin şəxsin gündəlik həyatına olduqca mənfi təsir göstərir".

Problemi nəcə həll etməli?

Psixoloq bildirdi ki, insan normal yatması üçün axşam ağır informasiyalardan, beyinə lazım olmayan, yoran, emosional xəbərlərdən uzaq olmalıdır:

"Yatmağa 2-3 saat qalmış beyin maksimum şəkildə sakit vəziyyətdə olmalıdır. Yatmazdan öncə dinlənilən musiqiyə belə fikir verməliyik. Emosional, ritmik musiqi əvəzinə bir az sakit mahnı dinləmək lazımdır. İkincisi, yatmazdan öncə yuxu prosesinin rahat keçməsi üçün otağın havasını dəyişmək lazımdır. Üçüncüsü, yatmazdan qabaq təmiz havada piyada gəzmək məsləhətdir. Bu zaman bədən həm artıq qalmış enerjini sərf edir, həm də yatmaq prosesi bu şəkildə asanlaşır.

Son olaraq, yatmazadan öncə zülal və karbohidratlarla zəngin qidalardan uzaq olmaq lazımdır. Onun əvəzinə ağartı və bitki məhsullarından istifadəyə üstünlük versək daha yaxşı olar. Yuxusuzluqdan əziyyət çəkən şəxslər bunları etsələr, həmin problemlərdən xilas ola bilərlər. Yox, əgər deyilənləri etdikləri halda problemdən xilas ola bilmirlərsə, o zaman psixoterapevtə müraciət edə bilərlər".atv.az

loading...
Müəllif: narmin  21-01-2018, 15:41   Baxılıb: 467   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.